MEK-də İndoneziyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş poçt markası saxlanılır
  
5989

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Cakartada təşkil edilən silsilə tədbirlərin davamı olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markası nəşr edilib. 
Ümummilli lider Heydər Əliyev və dövlət bayrağımızın birgə təsviri olan poçt markalası İndoneziya poçt şəbəkəsində istifadə üçün 2019 – cü ilin dekabrından dövriyyəyə buraxılıb. 
AMEA Mərkəzi Elmi Kitabxanasında markanın elektron versiyası Heydər Əliyev kolleksiyasına və e-kataloqa daxil olaraq, Milli Rəqəmsal Yaddaş bazasına yerləşdirilib.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82