“Vikipediya”da Gəncənin tarixi məhəllələri ilə bağlı məqalələr yaradılıb
  
5986

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatında yaradılan “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Gəncə ilə bağlı məqalələrin zənginləşdirilməsi prosesi davam etdirilir.
“Vikipediya”nın Azərbaycan dili bölməsində Gəncənin tarixi, həmçinin Cuhudlar, Ozan, Çaylı, Daş körpü, Aşıqlar, Səfərabad, Dördyol, Dəmirçilər və İmamlı məhəllələri haqqında məqalələr yaradılıb.
Məqalələrdə qədim məhəllələrin məşhur şəxsləri, tayfaları və sakinlərin məşğuliyyətləri haqqında məlumatlar yer alıb. Könüllülər tərəfindən Gəncənin tarixi və mədəniyyətinə dair məqalələrin yaradılması prosesi davam edir.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82