“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb
  
5985

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələr yaradılır.
“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Elbrus Allahverdiyev, Aytəkin Məmmədov və Araz Səlimov haqqında ingilis dilində məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.
İngilis dilindəki “Vikipediya”da, həmçinin müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi, Qarabağ müharibəsi şəhidi Vaqif Qurbanov haqqında məqalə yaradılıb.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82