MEK-in Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin biblioqrafik təsvirlərinin sayı 3000-i ötüb
  
5982

MEK-in Kitabxana-xidmət şöbəsi Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin rəhbəri Xuraman Cəfərova bölməyə daxil olan rus və Azərbaycan dilində kitabların biblioqrafik təsviri və kartoçkaların kataloq yeşiklərinə düzülməsi prosesini həyata keçirir.
Bölmə kitabxanaya yeni daxil olan və fondda mövcud olan sənədlərin elmi sistemləşdirilməsi və elektron kataloqa daxil edilməsi prosesini həyata keçirir. Bölmənin əməkdaşları Şəhanə Şahbazova, Hökümə Ələkbərova, Sevinc Məcidova, Zülfiyyə Məmmədli, Nərmin Rəcəbli, Şəbnəm Rüstəmova, Sevinc Səmədova, Nüşabə Abdullayeva, Aygün Məmmədova Şərq ölkələri ədəbiyyatı fondunda mövcud olan ərəb, fars və türkdilli sənədlərin, Qərbi Avropa ədəbiyyatı fondunda mövcud olan xarici dilli sənədlərin və elektron resursların elektron kataloqa daxil edilməsi işi ilə məşğuldurlar.

Gün ərzində 60-a yaxın kitab elektron kataloqa daxil olunur, 2019-cu il ərzində 5000-ə yaxın kitab elektron kataloqa daxil edilib. Kataloqlaşdırma və sistemləşdirmə bölməsinə daxil olan kitablar dillərə uyğun sistemləşdirilir. KBT (Kitabxana Biblioqrafiya Təsnifatı) və UOT (Universal Onluq Təsnifatı) indeksləri qoyulur və elektron kataloqa daxil edilir. Şöbə əməkdaşı Şölə Hüseynova tərəfindən azərbaycan dilində gün ərzində 50-yə yaxın kitaba indeks qoyulur və 2019-cu ildə 10318 kitab işlənilib.

 

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

FirstPrev123NextLast