MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Qədim Bərdə"
  

Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4-5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX-X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir.

         Qədim türk tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb. Bu da Azərbaycan ərazisindəki qədim şəhərin o dövrdəki geniş ticarət ələqələrinin mövcudluğundan xəbər verir.

        Tarixi qaynaqlara görə, Bərdə Qəbələ şəhərindən sonra Azərbaycanın (Qafqaz Albaniyasının) ikinci paytaxtı olmuşdur. Bu hadisə belə olmuşdur. V əsrdə Azərbaycanı işğal etmiş İran Sasaniləri öz canişinləri üçün Qafqaz Albaniyasında yeni iqamətgah axtarırdılar. Onların axtardıqları iqamətgah təhlükəsiz bir yerdə, Cənubi Qafqazdan keçən mərkəzi ticarət yollarının üzərində və İranla lazımi əlaqə saxlamaq üçün nisbətən əlverişli bir yerdə olmalı idi. Bütün bu tələblərə Bərdə şəhəri cavab verdiyindən, yuxarıda göstərdiyimiz kimi Sasanilər ölkənin mərkəzini Qəbələdən Bərdəyə köçürürlər. V əsrin əvvəllərindən etibarən baş vermiş bu hadisədən sonra Bərdə nəinki Albaniyanın, eləcə də bütövlükdə Sasani imperiyasının ən möhtəşəm şəhərlərindən biri oldu.

        Mənbələrin verdiyi məlumata görə VII—IX əsrlərdə Bərdə şəhərinin eni və uzunluğu 5–6 km olub, ətrafına möhtəşəm qala divarları çəkilmişdir. Dəmirdən böyük darvazaları olan bu qala divarları o dərəcədə möhtəşəm olubdur ki, ciddi təhlükələr zamanı nəinki şəhərin öz əhalisi, hətta bütün ətraf ərazinin əhalisi də düşməndən müdafiə olunmaq üçün buraya pənah gətirirlərmiş. Həmin dövrdə Bərdədə 100 mindən çox adam yaşayırmış. Şəhərdə 4 böyük bazar, xüsusi sənətkarlıq məhəllələri, bir neçə hamam və Şərq memarlığı üslubunda tikilmiş çoxlu dini və ictimai binalar mövcud olmuşdur. Həmin dövrdə Bərdədə mövcud olmuş sikkəxanada müxtəlif hökmdarların adına mis, gümüş və qızıl pullar kəsilmişdir.

       Tarixi faktlar göstərir ki, Bərdənin ən çiçəklənən vaxtı IX-—XII əsrlər olmuşdur. Bu dövrdə Bərdə Azərbaycanın nəinki inzibati və dini, həm də bu dövrdə bütün Azərbaycanın iqtisadi mərkəzinə çevrilmişdir. Qərb ilə Şərq və Şimal ilə Cənub ticarət yollarının üzərində yerləşən Bərdəni orta əsrlərdə Şərq ticarətinin düyün nöqtəsi adlandırırdılar. Qeyd etməliyik ki Bərdə şəhəri bir sıra səbəblərdən bir neçə dəfə öz yerini dəyişmişdir. Bunun bir səbəbi, Tərtər çayının coşqun selləri, digər səbəbi isə xarici basqınlar  olmuşdur. Ciddi elmi axtarışlar nəticəsində müəyyən edilmişdir ki, Bərdə indiki yerinə XII—XIII əsrlərdən sonra gəlmişdir. Əvvəllər isə bir qədər qərbdə olmuşdur. Hazırda Bərdə şəhərində cəmi iki ədəd yerüstü abidə mövcuddur. Onlardan biri yerli əhali arasında Nüşabə qülləsi adlanan abidədir.

         Bərdənin tarixi ilə maraqlanan oxucular üçün kitabxanamızda mövcud olan məlumat mənbələrindən nümunələr verməyi məqsədəuyğun hesab etdik.

 

Azərbaycan dilində

 

1.     Azərbaycan tarixi üzrə qaynaqlar /tərt. ed.: S.Əliyarov, F.Mahmudov.- Bakı: ADU-nun nəşri, 1989.- 328 s.  

Azərbaycan tarixi mənbələrində Bərdə şəhəri haqqında gedən məlumatların qısa xülasəsi verilir.

2.     Bakıxanov, A. Gülüstani İrəm.- Bakı: Elm, 1951.- 256 s.

Əsərdə müəllif məşhur ərəb tarixçisi İbn əl Əsirə istinadən rus tayfasının hicri 332 [944]-ci ildə Arranın paytaxtı Bərdə şəhərinə hücumundan, Bərdə hakiminin 5000 nəfərlik ordu ilə məğlub olub geri çəkilməsindən, rusların şəhəri tutmasından, nəhayət Mərzban ləqəbli Azərbaycan valisi Məhəmməd ibn Müsafirin 30 min nəfərlə onları geri oturtmasından bəhs edilir.

3.     Behzadi, İ. Rəvəndinin “Rahət-üs-sürur və Ayət-üs-Sürur” əsəri tarixi bir mənbə kimi.- Bakı: AzSSR EA, 1963.- 146 s.

 Kitabda Arranın anası Bərdə haqqında tarixi faktlar verilir.

4.     Bünyadov, Z. Azərbaycan Atabəylər dövləti [1136- 1225-ci illər].- Bakı: Elm, 1988.- 268 s.

Kitabın II fəslində Sultan Məsudun Bərdədə iqamətgahı olmasından, III fəslində Sultan Cəlaləddinin Bərdəni tutmasından, IX fəslində isə 1067-ci ildə gürcü çarı IV Baqratın Bərdəyə hücumundan bəhs olunur.

5.     Bünyadov, Z. Azərbaycan VII-IX əsrlərdə.- Bakı: Azərnəşr, 1989.- 336 s. Kitabda Bərdənin yaranma tarixi, ərəb istilası və ərəb-xəzər müharibələri dövründə ictimai-siyasi vəziyyəti, Bərdədən Ərdəbilə, Tiflisə, Babül-Əbvaba, Dəbilə gedən ticarət yolları haqqında müfəssəl məlumat verilir.

6.      Bünyatov, T. Azərbaycan arxeologiyası oçerkləri.- Bakı: Azərnəşr, 1960.- 236 s.

 Kitabda Bərdə şəhərinin qədim tarixi ilə bağlı geniş məlumat verilir.

7.      Əfəndiyev, E.və Z.Əliyeva Orucov qardaşlarının mətbəəsi.- Bakı: Qartal, 1999.- 97 s.

Kitabda XX yüzilliyin əvvəllərində Bakıda fəaliyyət göstərmiş Bərdə rayonunun Alpout kəndindən olan Orucov qardaşlarının mətbəə-nəşriyyatının işindən bəhs olunur.

8.      Əhməd İbn Əsəm Əl-Kufi. Fəthlər kitabı: [Kitab Əl-Fütuh]: [Azərbaycanın VII-IX əsrlər tarixinə aid çıxarışlar]. - Bakı: Azərnəşr, 1994.- 80 s.

Sözü gedən dövrdə Bərdə ilə bağlı tarixi hadisələr haqqında məlumat verilir.

9.      Əhmədov, Q. Qədim Beyləqan.- Bakı: Azərnəşr, 1997.- 144 s.

 Kitabda Bərdənin tarixi bağlarının, adının mübahisəyə ehtiyacı olmadığı, Beyləqanın Bərdə-Ərdəbil yolunun üstündə yerləşdiyi haqqında məlumat verilir.

10.  Əliyev, R. Azərbaycan XII-XIV əsrlərdə.- Bakı: APİ-nin nəşri, 1980.- 96 s. Kitabda Bərdə haqqında kifayət qədər tarixi faktlar və məlumatlar verilir.

11.  Hacıyev, Q. Bərdə şəhərinin tarixi: [b.e.ə. III - b.e. XVIII].- Bakı: Nəşriyyat-Poliqrafiya mərkəzi, 2000.- 324 s.

 Kitab Azərbaycanın qədim şəhərlərindən biri, ölkənin beş əsrə qədər paytaxtı olmuş Bərdə şəhərinin tarixinə həsr olunub.

12.  Hacıyev, Q. Bərdə şəhəri: Cоğrafi, siyasi və mədəni tarixi.- Bakı: UniPrint, 2008.- 250 s.

13.  İzzəddin İbn Əl Əsir. Əl Kamil Fi-t-tarix: [Mükəmməl tarix] /ərəbcədən tər., ön söz, qeydlər və şərhlər akad. Z.Bünyadovundur.- Bakı: Şur, 1996.- 192 s. 270 “Şah Firuz oğlu Qubadın dövrü” bölümündə Qubadın Bərdə şəhərini tikdirməsi barədə, “Azərbaycan əhalisi ilə sülh bağlanması haqqında” bölümündə Səlman İbn-Rəbiə əl-Vahilinin Bərdə şəhəri yaxınlığındakı Tərtər çayının sahilində düşərgə salması haqqında, “Cərrahın Azərbaycana vali təyin edilməsi bölümündə” Cərrahın Bərdədə istirahət etməsi barədə, “Xəzərlərin islam ölkəsinə hücumu” bölümündə Yəzid İbn Məzyəd ibn Zayidə Əs-Şeybaninin Bərdə şəhərində vəfat etməsi haqqında, “Rus tayfası tərəfindən Bərdənin alınması” bölümündə Bərdənin işğalı haqqında söhbət açılır.

14.  Kalankatuklu, M. Alban tarixi.- Bakı: Elm, 1993.- 270 s.

II kitabın X fəslində Xosrov şahın Bizans imperatoru ilə müharibə üçün öz ordularını səfərbərliyə alması məqsədilə paytaxt Bərdədə apardığı məşvərət və aldığı qərar haqqında, XIX fəsildə Cavanşirin iranlılarla müharibədə Bərdə şəhərində olduğu haqqında, III kitabın XVIII fəslində erməni və alban qoşunları tərəfindən Bərdənin mühasirəyə alınması və darmadağın edilməsi barədə söhbət açılır.  

15.  Qarabağ xanlığı: [Dərs vəsaiti].- Bakı: Mütərcim, 2008.- 220 s.

Qarabağ xanlığının tarixini əks etdirən kitabda Qarabağın qədim torpağı Bərdə haqqında da məlumatlar verilir.

16.  Qarabaği, M. Qarabağ tarixi.- Bakı: AzSSR EA, 1959.- 205 s.

Kitabda Bərdənin yaranma tarixi haqqında məlumat verilir.

17.  Qarabağnamələr.- Bakı: Şərq-Qərb, 2006.- Kitab I.- 216 s.

 Kitabın “Qarabağ vilayətinin əsl yaşayış yerləri, sərhədləri, qədim şəhər və çayları haqqında” adlanan fəslində Tərtər çayının üstündə və Kür çayının üç ağaclığında olan Bərdə şəhərinin Qarabağ vilayətində salınan birinci şəhər olduğu haqqında məlumat verilir.

18.  Qarabağnamələr.-Bakı: Şərq-Qərb, 2006.- Kitab II.- 288 s.

 Kitabın “Qarabağ vilayətinin vəziyyəti, sərhədləri və iqlimi haqqında” adlı bölümündə Qarabağda ilk əvvəl bina olmuş Bərdə şəhəri əhalisinin 36-cı [miladi 656-657-ci il] illərdə müsəlman olmaları haqqında məlumat verilir.

19.  Qarabağnamələr.- Bakı.- Şərq-Qərb, 2006.- Kitab III.- 248 s.

 Kitabda Bərdə şəhərinin Pənah xan dövründən də əvvəl mövcud olduğu göstərilir.

20.  Qəzvini Zeynəddin İbn Hədullah. Zeyd-e tarix-e qazide .- Bakı: Elm, 1990.- 212 s.

 Kitabda Qazi Məhiyəddin Bərdəi və Sultan Üveysin iki ay Bərdədə qalması barədə məlumat verilir.

21.  Mahmudov, Y. Səyyahlar, kəşflər, Azərbaycan.- Bakı: Gənclik, 1985.- 186 s.

Kitabda Azərbaycana səyahət edən dünya səyyahlarının Bərdədə olması, Bərdə haqqında söylədikləri fikirlər öz əksini tapıb.

22. Onullahi, S. XIII-XVII əsrlərdə Təbriz şəhəri: [Sosial-iqtisadi tarixi].- Bakı: Elm, 1982.-280 s.

 Kitabda Təbrizə gələn mühüm ticarət yollarından birinin Bərdədən keçdiyi barədə söhbət açılır.

23.  Şərifli, M. IX əsrin II yarısı XI əsrlərdə Azərbaycan feodal dövlətləri.- Bakı: Elm, 1978.- 343 s.

Kitabın müqəddimə daxil olmaqla bütün fəsillərində, əsasən III fəslin “Rusların Xəzərsahili ölkələrinə və Bərdəyə səfəri” bölməsində IX-XI əsrlərdə Arranın paytaxtı Bərdə haqqında geniş məlumat verilir. Eyni zamanda VI fəslin “Şəhərlər, sənətkarlar və ticarət” bölməsində bir cox müəlliflərin Bərdə haqqında dəyərli fikirləri öz əksini tapmışdır.

24.  Vəlixanlı, N. Ərəb xilafəti və Azərbaycan .- Bakı: Azərnəşr, 1993.- 157 s. Kitabda Səlman-ibn Rəbiənin qoşunlarının Bərdəyə hücumu, bərdəlilərin müqaviməti və sülh bağlamaları, Xəzər xaqanının qızının Bərdəyə gəlin gətirilməsi və zəhərlənərək öldürülməsi, Səid Xilatının Bərdəni xəzərlərdən təmizləməsi, o dövrün tanınmış bərdəli alim və mütəfəkkirləri haqqında ətraflı məlumat verilir.

25. Vəlixanlı, N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında .- Bakı: Elm, 1974.- 222 s.

Kitabda IX-XII əsrlərdə Bərdə şəhərinin Arranın paytaxtı olması, burada ticarətin inkişafı barədə geniş məlumat verilir.

                                                       Rus dilində

 

26.  Акты, собранные Кавказской Археографической Комиссией .-Тифлись, 1869.- Том III.- Часть 1.- VI+941 с.

В сведениях о общественно-политических событиях 1806-1809 годов рассказывается и о Барде.

27.  Акты, собранные Кавказской Археографической Комиссией .-Тифлись, 1874.- Том VI.- Часть 1.- 941 с.

В этом томе, отражаются общественно-политические события 1816-1827 годов, дается сведения и о Барде.

28.  Ализаде, А. Социально-экономическая и политическая история Азербайджана XIII-XIV вв.- Баку, 1956.- 420 с.

XIII-XIV вв широко рассматривается общественно-политическая обстановка и экономическое положение Барды.

29.  Анисимов, С. Путеводитель по Кавказу: Кавказский край.- М.: Мосполиграф, 1924.- 376 с.

 В книге даются сведения о Барде.

30.  Артаманов, М. История Хазар.- СПб., 2001.- 688 с.

Даны подробные сведение истории создания Барды, об атаке русских и др.

31.  Ашурбейли, С. Экономические и культурные связи Азербайджана с Индией в средние века.- Баку: Элм, 1990.- 152 с.

 О роли Барды в торговых связях Азербайджана с Хорасаном, Ираком, Сирией, Индией и др. государствами в средние века.

32.  Бакыханов, А. Гюлистани-Ирам.- Баку: Элм, 1991.- 304 с.

В книге даются интересные сведения об истории Барды, о правителе Барды Мехинбану и её дочери Нушабе.

33.  Бартольд, В. Место Прикаспийских областей в истории мусульманского мира:  [Курс лекции читанных авторов на Восточном Факультете Азербайджанского Государственного Университета в 1924 г.].- Баку, 1925.- 150 с.

Даны в достаточном количестве исторические факты о возникновении Барды, месторасположении и долгие годы являвщимся главным городом Кавказской Албании.

34.   Бартольд, В. Сочинения .- М.: Наука, 1964.- Том II.- Часть 2.- 448 с.

В книге упоминается Барда.

35.  Беленицкий, А. Средневековый город Средней Азии.- М.: Наука, 1973.- 390 с.

Говорится о славе Бардинских муллов.

36.  Буниятов, З. Избранные сочинения. Азербайджан в VII-IX вв.: Работы по истории источниковедения Азербайджана и арабского халифата. В 3-х томах.- Баку: Элм, 1999.- Том I.- 468 с.

В книге достаточно даются материалы по истории Барды, имевшихся место об общественно-политических событиях

37.   Вейдембаум, Е. Путеводитель по Кавказу.- Тифлись, 1888.- 434 с.

 В книге можно получить сведения и о Барде.

38.   Вопросы истории Кавказской Албании /АН АзССР.- Баку, 1962.- 292 с. Ведётся широкий разговор об истории, материальной культуре центрального города Кавказской Албании – Барды.

39.   Греков, Б. Золотая Орда и ее падение.- М., Л., 1950.- 478 с.

 В книге упоминается город Барда.

40.  Гусейнов, А. Азербайджанцы в истории России.- М.: Оверлей, 2006.- 560 с.

 Даются биографические сведении о проживающихся в России бардинцах и играющих значительную роль в жизни страны.

41.  Документы по русской политике в Закавказье .-Баку, 1920.- Вып. 1.- 237 с.

Говорится о деятельности мусульманской партии «Дифаи» и её членах бардинцах.

42.  Дорн, В. Каспий. О походах древних русских в Табаристан. На прибрежья Каспийского моря.- СПб., 1875.- 717 с.

Из истории основания Барды, её строительства царем Фирузом, говорится о переименовании Фирузабада, Партава и наконец – Барда.

43.   Ибн-ал-Асир. Тарих-ал Камиль: [Полного свода истории].- Баку: Аз.ФАН, 1940.- 184 с.

В книге говорится о нападении Салмана ибн-Пабиани на Арран, и о взятии Барды после Бейлагана.

44.  Ибн А-сам Ал Куфи Абу Мухаммад Ахмад. Книга завоеваний: Извлечения по истории Азербайджана VII- IX вв /пер. с араб. языка З.М.Буниятова - Баку: Элм, 1981.- 85 с.

В названном произведении даны факты о имевших место событиях в Барде – одном из крупных городов Азербайджана.

45.   Ибн Хордадбех. Книга путей и стран /пер. с араб., коммент., исслед., указатели и карты Наили Велихановой.- Баку: Элм, 1986.- 427 с. Говорится о дорогах, соединяющих Барду с другими странами.

46.  Историческая география Азербайджана: [Сб. ст.] /глав. ред. и авт. предисл. З.М.Буниятов; АН АзССР. Институт истории.- Баку: Элм, 1987.- 148 с.

В книге можно получить достаточно сведений о Барде.

47.  Мамедов, Т. Кавказская Албания в V-XII вв.- Баку: Маариф, 1993.- 212 с.

В книге даётся обширный материал о Барде.

48.  Мамедова, Ф. «История Албан» Моисея Каланкатуйского как источник по общественному строю раннесредневековой Албании.- Баку, 1973.- 196 с.

Говорится о столице Албании в средние века городе Барда.

49.  Мамедова, Ф. Кавказская Албания и албаны.- Баку: ЦИКА, 2005.-799 с. Обширные сведения в книге даются о столице Кавказской Албании Барде.

50.  Меликсет-Беков, Л. Обзор источников по истории Азербайджана. Источники грузинские.- Баку: Изд. АзФАН, 1939.- Вып. II.- 26 с.

В указателе даются библиографические достоверные сведение по истории Барды в грузинских источниках.

51.  Минорский, В. История Ширвана и Дербенда: XXI веков.- М.: Изд. вост. лит, 1963.- 265 с.

В книге даются всесторонние сведения о образовании города Барда, о месторасположении и её роли в имевшихся общественнополитических событиях.

52.  Нуриев, А. Ремесло Кавказской Албании: [IIIVIII вв.].- Баку: МВМ, 2009.- 433 с.

В книге даются подробные сведения о самом крупном торговом и мастеровом городе Кавказской Албании – Барде.

53.  Рашид-ад-Дин. Джами ат-таварих.- Баку, 1957.- 727 с.

В книге нашло отражение сообщение о нападении монголов на город Барду.

54.  Рашид-ад-Дин. Переписка  .- М.: Наука, 1971.- 492 с.

 В книге рассказывается о привезенных муллах из Барды.

55.  Рашид-ад-Дин. Сборник летописей.- М., 1952.- Том I.- Кн. 2.- 316 с. Говорится о названии области Арран, расположенной между Курой и Аразом и её столице городе Бардаа.

56.  Рашид-ад-дин. Сборник летописей.- М., 1946.- Том III.- 340 с.

 Даётся сведение о нападении войск Чингиз-хана на Барду.

57.  Сборник газеты Кавказ .-Тифлись, 1847.- 461 с.

В сборнике даётся сведение о Барде.

58.  Сысоев, В. Бердаа. С.49-66.

59.  Тадж-ад-Дин ас-Салмани. Тарихнаме .- Баку: Элм, 1997.- 142 с.

Даётся сведение о цветущем крае Барде.

60.  Тарихи Дербендь-наме : [С 9-ю приложениями] /перевод с языков: тюркского, арабского, персидского и французского; под ред. М.Ахундова-Аварского.- Тифлись: Тип. 3 и Либермана, 1839.- 192 с.

В книге, исследующей историю Дербента, освещаются события, связанные с древней Бардой.

61.  Тебеньков, М. Древнейшия сношения Руси с прикаспийскими странами и поэма «Искендернаме» Низами как источник для характеристики этих сношений.- Тифлись, 1896.- 78 с.

В книге рассказывается, что Барда действительно красивый и древний город, исторические события имеющие место там, в произведении Низами.

62.  Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йн Амини.- Баку: Элм, 1987.- 172 с.

63.  О роли Барды в политической жизни государства в период правления султана Якуба Акгоюнлу.

64.  Шопен, И. Новые заметки на древния истории Кавказа и его обитателей.- СПб., 1866.- 502 с.

65.  Ведётся разговор о 2-х значениях слова Барда, долгое время бывшей столицей области Ути.