MEK oxucularına “Kanser Moleküler Biyolojisi” kitabı hədiyyə olunub
  
4857
Türkiyə Respublikasının Izmir Milli Kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına professor Yusif Baranın redaktoru olduğu “Kanser Moleküler Biyolojisi” kitabı hədiyyə olunub. Xərçəng xəstəliyinin molekulyar biologiyasına həsr olunan kitabda bu sahədə yazılan bütün beynəlxalq nəşrlər və aktual məlumatlardan istifadə edilib.  Xərçəng xəstəliyinin mahiyyəti, səbəbləri, simptomları, müalicə metodları və mövzuya aid bir çox başqa sahəni əhatə edən elmi əsər 40 bölmədən ibarət tərtib edilib.  
 “Kanser Moleküler Biyolojisi” kitabı müvafiq sahədə təhsil alan tələbələr, elmi tədqiqatçılar və xərçəngin molekulyar biologiyası ilə maraqlanan oxucu auditoriyası üçün nəzərdə tutulub. 




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82