MEK-ə B.M.Əsgərovun “Cinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri” adlı kitabı daxil olub
  
4842

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına hüquq üzrə fəlsəfə doktoru, dosent Bəxşeyiş Məmməd oğlu Əsgərovun “Cinayət işləri üzrə sübutetmədə əməliyyat-axtarış informasiyasından istifadənin problemləri” adlı kitabı daxil olub.
Kitabda qeyd edilib ki, cinayətkarlıqla mübarizədə əməliyyat - axtarış informasiyasından, üsul və vasitələrindən istifadə edilməsi həmişə olduğu kimi bu gün də öz aktuallığını saxlayır. Törədilən cinayətlərin mütləq əksəriyyəti əməliyyat - axtarış orqanlarının birbaşa və ya dolayısı ilə iştirakı ilə açılır. Ona görə də onların imkanlarından cinayət mühakimə icraatında istifadə edilməsi həm əməliyyat - axtarış həm də cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmalıdır.

Monoqrafiya əməliyyat - axtarış ,cinayət təqibi orqanlarının, eləcə də onların fəaliyyətinə nəzarəti həyata keçirən prokurorluq və məhkəmə orqanlarının əməkdaşları , həmçinin ali məktəb müəllimləri , doktorantları və tələbələri üçün nəzərdə tutulub.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82