MEK-ə Hüseyn Cavidin Monteneqro dilinə tərcümə olunan “İblis” ("Davo") kitabı təqdim olunub
  
4841

Böyük Azərbaycan şairi Hüseyn Cavidin “İblis” ("Davo") faciəsi ilk dəfə olaraq Monteneqro dilinə tərcümə olunub. Bu il oktyabr ayının 22-də bu münasibətlə Monteneqronun paytaxtı Podqoritsa şəhərində elmi konfrans və kitabın təqdimatı keçirilib. Əsərin bir nüsxəsi AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov tərəfindən MEK-ə təqdim olunub. Kitab Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında , Monteneqroda, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun təşəbbüsü və dəstəyi ilə Monteneqroda çap olunub.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82