MEK-ə «Stratum Plus» jurnalının 2017, 2018-ci il buraxılışları daxil olub
  
4840

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına “Stratum Plus. Arxeologiya və Mədəni Antropologiya” jurnalının 2017, 2018-ci il buraxılışları daxil olub. Arxeologiya və Mədəni Arxeologiya jurnalı (qısa olaraq Stratum Plus”), Ali Antropologiya Məktəbi (Moldova res., Kişinyov şəh.) tərəfindən 1999-cu ildən bəri nəşr olunur.  Beynəlxalq nəzərdən keçirilmiş akademik jurnal arxeologiya və mədəni antropologiyanın aktual mövzularını əhatə edir. Rus dilində çapdan çıxan jurnala məqalələr ingilis, rus və Moldova dillərində yazılmış xülasələrlə qəbul edilir. Mövzular regional və ya xronoloji baxımdan məhdud deyil. Bunlara analitik tədqiqatların nəticələri, şərhlər və ya yeni mənbələrin yüksək keyfiyyətli nəşrləri daxildir. İldə 6 dəfə buraxılan jurnala arxeologiya və mədəni antropologiya ilə bağlı sənədlərlə yanaşı tarix, etnologiya, numizmatika, epiqrafiya və digər köməkçi tarixi fənlər üzrə materiallar qəbul edilir. Sonuncu altıncı sayda müxtəlif dövrlərin numizmatika və epiqrafikası, mədəniyyət antropologiyası, etnologiyası, orta əsrlərin sonu və Yeni dövrə aid tarixi sənədlər yer alır. Hər cildin məzmunu ilə əlaqəli özünəməxsus adı var.


İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82