MEK tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşrlər təqdim olunub
  
4812

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinə yeni nəşr olunan "İmadəddin Nəsimi", "Molla Nəsrəddin", "Məhəmməd Füzuli" kitablarının bütün cildləri, həmçinin professor Ziyadxan Əliyevin "Nəsimi dünyası rənglərin işığında" kitabı təqdim olunub. Kitabları noyabrın 20-də Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Aygün Səfərova və kitabxananın əməkdaşı Mədinə Hüseynli təqdim ediblər. "Nəsimi işığında" adlı tədbirdə muzeyin direktoru Pakizə Mehdiyeva,  MEK -in şöbə müdiri Aygün Səfərova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Fərid Musayev, Əməkdar jurnalist Azər Həsrət və başqaları çıxış edərək, Azərbaycan ədəbiyyatı və fəlsəfi fikir tarixində İmadəddin Nəsiminin mühüm yer tutduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan ədəbiyyatına qiymətli incilər bəxş etmiş, ümumilikdə dünya poeziyasının möhtəşəm nümunələrini yaratmış İmadəddin Nəsiminin yaradıcılığının dünyaya tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Tədbirdə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Sərəncamları iştirakçıların diqqətinə çatdırılıb, Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə geniş məlumatlar verilib.Top of Form




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

Top of Form