MEK-ə Fuad Məmmədovun “Kulturologiya və insan inkişafı” adlı kitabı təqdim olunub
  
4808

Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Elmi Kitabxanasına (MEK) tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri, “Simurq” Beynəlxalq kulturoloji jurnalın baş redaktoru Fuad Məmmədov tərəfindən müəllifi olduğu “Kulturologiya və insan inkişafı” adlı kitabı təqdim olunub. Monoqrafiyanın əsas vəzifəsi – Azərbaycanın milli maraqlarına cavab verən, davamlı, təhlükəsiz və rəqabətə dözümlü inkişafı təmin edə biləcək, mütəxəssislərin, o cümlədən, müəllimlərin, məmurların, jurnalistlərin kulturoloji yenidən hazırlanması, əhalinin maarifləndirilməsi, vətəndaşların, şəxsiyyətlərin və liderlərin peşəkar və mənəvi kamilləşməsinə kömək göstərməkdən ibarətdir. Sistemli yanaşma əsasında hazırlanmış və kitabda əks olunmuş universal kulturoloji biliklər, ideyalar, formul və metodlar, mədəniyyətin mahiyyəti, xüsusiyyətləri, qanunauyğunluqları, texnologiyaları və dəyişdirici imkanlarının düzgün dərk olunmasına imkan verir.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82