MEK-ə Mina Zeynalovanın “Görkəmli alim Bilal Dadaşov” adlı kitabı təqdim olunub
  
4785

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) kimya üzrə fəlsəfə doktoru Mina Bilal qızı Zeynalova tərtib etdiyi “Görkəmli alim Bilal Dadaşov” adlı kitabını təqdim edib.Bu kitabda Azərbaycanın görkəmli kimyaçı alimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Bilal Dadaşov haqqında xatirələr, məqalələr, alimin həyat və yaradıcılığından fraqmentlər toplanmışdır.         
Qeyd edək ki, kitab “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib çap olunmuşdur.

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82