MEK-də “Türkiyənin müasir elektron resursları" adlı seminar keçirilib
  
4770

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanası (MEK) və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu “Türkiyənin müasir elektron resursları” adlı təlim-seminar keçirib.Seminar İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Kitabxana və Muzeylər İdarəsinin nümayəndəsi Ramazan Elmas “İstanbul Böyükşəhər Bələdiyyəsi nümunəsi” adlı təqdimatı ilə açıldı. Təqdimatda Atatürk Kitablığı Kolleksiyaları və qurumun nəzdində fəaliyyət göstərən muzeylər haqqında məlumat verildi.Artvin Çoruh Universiteti kitabxanasının rəhbəri Muhammet Kızıl “Türkiyədə ali təhsildə elektron qaynaqlar” məruzəsində universitet kitabxanasında yaradılan şərait haqqında ətraflı məlumat verib. Anadolu Universiteti Kitabxanalar Konsorsiumundan (ANKOS) da bəhs edən M.Kızıl bildirib ki, konsorsium 83 müxtəlif  verilənlər bazasına malik olmaqla, 60-dan çox nəşriyyat evi ilə 1628 ədəd müqaviləsi olan, 155 universitet və araşdırma qurumunun üzv olduğu, beynəlxalq səviyyəli elmi mərkəzdir.“Hiperlink” nəşriyyat evinin rəhbəri Hayri Yavuz isə “Hiperlink. Türkiyədə yerli kitabxanalar” mövzusunda təqdimatla çıxış edib. H.Yavuz Hiperlink-in Türkiyənin ilk və tək elektron kitab verilənlər bazası olduğunu diqqətə çatdırıb və Azərbaycanın müvafiq qurumları ilə gələcək əməkdaşlıq şərtləri barədə danışıb.Seminar iştirakçıların sualları ətrafında müzakirələrlə davam edib.Xatırladaq ki, oxucuların bir çox tammətnli elektron resursların məlumat bazalarına əlçatanlığını təmin edən MEK silsilə şəklində beynəlxalq elektron resurslarla bağlı seminarlar təşkil edir və elmi mərkəzlərlə əlaqələrin gücləndirilməsi nəticəsində beynəlxalq elmi e-bazalardan istifadə və elmi məqalələrin yerləşdirilməsi sayının artması qeyd olunur.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82