MEK-ə “Armenian problem in 120 documents of Russian archives” kitabı daxil olub
  
4768

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Əlövsət Ağalarovun ingilis dilində yazılmış “Armenian problem in 120 documents of Russian archives” kitabı daxil olub. Müəllif, erməni soyqırımı məsələsinin Türkiyəni və bütün dünya ictimaiyyətini düşündürən  mübahisəli məqamlardan biri olduğunu qeyd edib. 120 sənəddən ibarət kitabda Çar Rusiyası və Sovet dövründəki arxiv sənədləri ayrı-ayrı araşdırılmaqla, Rusiya arxivinin əhəmiyyəti, arxiv araşdırmalarının nəticələri vurğulanıb. Ə.Ağalarovun fikrincə, Rusiyanın dövlət arxivində toplanan sənədlər, erməni məsələsi ilə bağlı həqiqətin üzə çıxmasında əhəmiyyətli rola sahibdirlər.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82