MEK-in təşkilati dəstəyilə “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib
  
2900

 

Martın 14-də AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Ukrayna Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” lahiyəsi çərçivəsində “Milli geyimlər və folklor” adlı virtual görüş keçirilib. Layihə çərçivəsində keçirilən virtual görüşdə, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Xalça Muzeyində lentə alınmış Azərbaycanın milli geyimlərinin tarixi və Qarabağ xalçaları haqqında geniş məlumat və görüntünü əks etdirən video-material təqdim edilib. Həmçinin Azərbaycanlı məktəblilər, Azərbaycanın milli rəqslərindən olan “Yallı”- nın yaranma tarixi və “Qarabağ Yallısı” adlı maraqlı rəqs kompozisiya ilə çıxış ediblər. Sonra uşaqlar, qədim “Aşıq yaradıcılığı” barədə məlumat verib aşıq sənətinin ən gözəl nümünələrini ifa etdilər. Görüş çərçivəsində, məktəblilər Azərbaycanın ənənəvi baş örtüyü sayılan “Kəlağayı” və folklorun ən geniş janrlarından biri “Bayatılar” haqqında geniş məlumatla  çıxış edib, folklorumuzu yüksək səviyyədə nümayiş etdiriblər. Novruz bayramı ərəfəsində keçirilən tədbirin əsas məqsədi, ölkə hüdudlarından kənardakı uşaq kitabxanaları ilə sıx əməkdaşlıq etməklə uşaqlara yeni dostlar qazandırmaq və hər iki ölkənin milli geyim və folkloru haqqında oxucuları məlumatlandırmaq idi. Tədbirin sonunda, kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək, belə layihələrin uşaqların dünyagörüşünə müsbət təsirini vurğulayıb, əməkdaşlığa görə Ukrayna Milli Uşaq Kitabxanasına öz dərin minnətdarlığını bildirib.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82