BDU-nun Coğrafiya fakültəsinin tələbələri MEK-i ziyarət ediblər
  
2898

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxananı (MEK) ziyarət ediblər. Tələbələr kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı bölməsindən başlayıblar. Daha sonra ənənəvi və elektron kataloqla tanış olaraq burada kitab sifariş etməyi və sənədlərin elektron kataloqa daxil edilməsi prosesini izləyiblər. Sərgi salonunda “Heydər Əliyev–95”, “İlham Əliyev”, “Xocalı soyqırımı” və digər mövzularda nümayiş olunan kitablarla tanış olublar.

Eyni zamanda tələbələr Akademiklər zalında yerləşən Diplomatik fond, Nadir kitab fondu, Dövri mətbuat fondu, Oxu zallarına baş çəkərək kitabxana haqqında ətraflı məlumat əldə ediblər.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82