“Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev haqqında iki dildə məqalə yaradılıb
  
2889

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.
“Vikipediya”da Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev haqqında türk və ingilis dillərində məqalə yerləşdirilib.
Məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Bildirilir ki, Nadir Əliyev 1993-cü ilin yanvarında Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti) Ağdam rayon şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. O, xüsusi təyinatlı hərbi dəstənin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərib. Nadir Əliyev Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərib və qəhrəmancasına həlak olub.
Nadir Əliyev Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 oktyabr tarixli Fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Məqalə ilə daha ətraflı qeyd olunan linklərdə tanış olmaq mümkündür:
https://tr.wikipedia.org/wiki/Nadir_Aliyev?fbclid=IwAR3oPsJ6F0Y2KnoD7uegbsvVvyuUj-mnG4LDQNqDuwIXMy8nrTT3wfd0zBY 

https://en.wikipedia.org/wiki/Nadir_Aliyev?fbclid=IwAR2-4ENjRzE31wqQ2Cwfmb4_6sTSTY0Qol3LuI4m172I6Cy5J1iYdYTIkP0