MEK-ə “Risalə” araşdırmalar toplusu daxil olub
  
2887

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi Elmi Şurasının 08 dekabr 2017-ci il tarixli qərarı ilə çap olunmuş “Risalə” araşdırmalar toplusunun XIV cildi daxil olub.
Toplu ildə 2 dəfə nəşr edilir və məzmun etibarilə klassik və müasir ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi və folklorşünaslıq, mədəniyyət problemləri və muzeyşünaslıq məsələlərini əhatə edir.
“Risalə” araşdırmalar toplusu Nizami muzeyinin buraxdığı tədqiqat topluları “Xəmsə”sinə daxil olan elmi nəşrdir və “Şərq” (Tərcümə toplusu), “Məclis” (Mərasimlər toplusu), “Xəzinə” (Kataloqlar toplusu), “Qaynaq” (Mənbələr toplusu) silsiləsini tamamlayır.
Toplu Ali Attestasiya Komissiyasının təsdiq etdiyi nəşrlər sırasında yer almaqdadır. “Risalə” mütəxəssislər, ali məktəb tələbələri, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin problemləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Risalə”nin redaktoru akademik Rafael Hüseynovdur.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82