MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: “Dəmir qapı” Dərbənd"
  

         Dərbənd tarixi Azərbaycanın qədim şəhərlərindən biridir, hazırda Dağıstan Respublikasının tərkibində yerləşir. Fars dilində olan Dərbənd sözü "dər" və "bənd" kəlmələrinin birləşməsindən əmələ gəlmişdir ki, bu da darvazalı sədd, keçid, bənd deməkdir. Ərəblər Dərbəndə Bab, Bab əl-Hədid, Bab əl-Əbvab, türklər Dəmir qapı Dərbənd, monqollar Kahulqa, Kahalqa, ermənilər isə Bah demişlər.
Antik müəlliflərin əsərlərində Dərbənd adlı şəhər tipli yaşayış məntəqəsinə təsadüf edilmir.Lakin romalıların Şərqə olan hücumları dövründən (eramızın 68-ci ili) etibarən Kaspi darvazası (Kaspi sözü iki hissədən kas (kassilər) tayfa adından və elam dilində cəm bildirən –pi şəkilçisindən ibarətdir.) adlı yer məlumdur. Birinci əsrin müəlliflərindən olan İosif Flavi də bu yeri Kaspi darvazası adlandırır. Ümumiyyətlə, I-III əsrlərdə yunan və latın dilli müəlliflər Kaspi keçidindən danışarkən onu qapı, darvaza, şəhər qalası, keçid və çıxış sözləri ilə də əvəz etmişlər.
         Dərbəndin adı Azərbaycan türklərinin eləcə də bütün türk dünyasının nəhəng ədəbi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da çəkilir. Alman səyyahı Adam Oleari (XVII əsr) və türk səyyahı Övliya Çələbi Dədə Qorqudun məzarının Dərbənddə olduğunu qeyd edirlər. Bu haqqda Dərbəndnamədə də məlumat verilir.
        Sasani şahları öz imperiyalarını köçəri hunlardan, sonrakı dövrlərdə isə xəzərlərdən qorumaq üçün Dərbənd şəhərinə və onun strateji əhəmiyyətinə xüsusi diqqət verirdilər. Odur ki, Dərbənd keçidinin möhkəmləndirilməsi ən vacib və təxirəsalınmaz iş hesab edilirdi. Sasanilər hələ II Yezdəgerdin hakimiyyəti dövründə Beşbarmaq dağının zirvəsində müdafiə əhəmiyyətli ilk istehkamın (Beşbarmaq səddi) inşasını həyata keçirmişdilər. Bundan sonra Gilgilçay səddi və nəhayət sonda ən mühüm müdafiə xarakterli Dərbənd istehkamının (Dərbənd qalası) inşasına başlanmışdır. İlk dəfə Firuzun oğlu Qubad (488-531) çiy kərpiclə səddin bünövrəsini qoymuş, onun oğlu Xosrov (531-578) isə həmin səddi yenidən daşla tikdirmişdir. Əldə olan məlumatlara görə səddin yenidən daşla tikilməsi 30 il (537-568)çəkmişdir.
        Abdulla Fazili qeyd edir ki, Dərbənd şəhərinin tarixində V əsri əlamətdar dövr adlandırmaq olar. Həmin dövr Dərbənddə iqtisadi və siyasi cəhətdən Qafqazın Şərqində olan mühüm şəhərlərdən biri olmaqla bərabər, eyni zamanda Sasani canişinlərinin (mərzban) də paytaxtı olmuşdur. Mənbələrə görə I Xosrovun dövründə Dərbənd şəhərinə saxsı tünglər vasitəsiylə dağ bulaqlarından su gətirilmişdir. Dərbəndnamədə olan məlumatlardan görünür ki, VI əsrin ortalarında İranın daxili rayonlarından Dərbəndə üç min ailə köçürülmüşdür. Sasani hakimiyyəti devrildikdən sonra da Dərbənd şəhəri öz iqtisadi-siyasi əhəmiyyətini uzun müddət saxlaya bilmişdir. Şəhərin strateji mövqeyindən istifadə edən ərəb xəlifələri onun abadlaşdırılmasına səy göstərirdilər. (Təsadüfi deyil ki, Azərbaycanın ən qədim məscidlərindən biri Dərbənd Cümə məscididir.) Məsələn, xəlifə Süleymanın dövründə (715-717) Məsləmə adlı sərkərdənin başçılığı ilə Dərbəndi xəzərlərdən geri almaq məqsədi ilə qoşun göndərilmişdir.Məsləmə xəzərləri Dərbənddən çıxardığı zaman qala və bürclər ziyan görmüşdü.O,qala divarlarını bərpa edərək burada ərəb hakimiyyətini gücləndirmişdir.Ərəblərin dövründə Xəzər dənizi vasitəsiylə Şimaldan gətirilən ticarət malları Dərbənd vasitəsiylə Cənubi Qafqaza və Yaxın Şərq ölkələrinə daşınırdı. Ərəb mənbələrində göstərildiyinə görə Ərdəbildən bir neçə dəfə böyük olan bu şəhərdən Azərbaycan və İrana kətan paltarlar aparılırdı. Bundan başqa Dərbənddə zəfəran da yetişdirilirdi.
       Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olmuşdur və 1796-cı ildə Rusiya tərəfindən işğal olunmuşdur. 1829-cu ildən əyalətə çevrilmişdir. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən 1840-cı ildə Dərbənd qəzası yaradıldı və Dərbənd qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordunun köməyi ilə Dərbənddə sovet hakimiyyəti elan olundu. Dərbənd şəhəri 1921-ci ildə yaradılmış Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Bununla, Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə qatıldı. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı.

       Qədim Dərbənd haqqında maraqlanan oxuculara tövsiyə ədəbiyyat siyahısını təqdim edirik:

  1. Кудрявцев, А.А. Древний Дербент. М.,1982.
  2. Кудрявцев, А.А. Великий город на Каспии. Махачкала, 1982.
  3. Дербенту-5000 лет. М.,1989.
  4. История халифов Вартапета Гевонда, писателя VIII века. СПб, 1862.
  5. Любимова, Г.Н., Хан-Магомедов, С.О. Народная архитектура южного Дагестана. М., 1956.
  6. Хан-Магомедов, С.О. Дербент. Горная стена. Аулы Табасарана. М., 1979.
  7. Хан-Магомедов, С.О. Дербент. М., 1958.
  8. Хан-Магомедов, С.О. Топонимия Дагестана. Красноярск, 1990.
  9. Мамедов, Т. Кавказская Албания в IV-VII вв. Баку, 1993.
  10.  Материалы Международной научной конференции «Дербент в историческом процессе Кавказа и России», посвященной 2000 летию г. Дербента. Махачкала, 2015.
  11.  Березин, И. Путешествие по Дагестану и Закавказью. Казан, 1849.
  12.  Гаджиева, С. Дагестанские азербайджанцы XIX –начало XX в. М., 1999.
  13.  Дербент. //СМОМП Кавказа. Тифлис, 1882. Вып. 2.
  14.  Дербентская провинция и разные общества Дагестана //Обозрение Российских владений Закавказом.Ч.1. СПб, 1836
  15.  О Дагестане, особой татарской области и об амазонках //Адам Олеарий. Описание путешествия. СПб, 1905.
  16.  Алкадари, Г. Ачари Дагестан. (Исторические сведения о Дагестане). Махачкала, 1929.
  17.  Некоторые замечание Российских владений за Кавказом. СПб, 1840.
  18.  Очерки истории города Темирхан-Шуры. Областной город Дагестанский обл. //СМОМП Кавказа. Тифлис, 1894. Вып. 19.
  19.  Отечественные записки: Историческое известие о походе Российских войск в 1796 году в Дагестан и Персию под командою графа Валериана Александровича Зубова. СПб.
  20.  Обзор Дагестанской области за 1914 года. Город Темирхан-Шуры, 1915.
  21.  Дагестанская область. Город Темир-Хан-Шура. //Сборник сведений о Кавказе. Т.3.-Тифлис, 1875
  22.  Марлински, А. Собрание сочинений. Кавказские очерки. Ч.9-10.СПб, 1840.
  23.  Величко, В. Полное собрание публицистических сочинений. Кавказ русское дело и междуплеменные вопросы. Т.1. СПб, 1904
  24. Подвиг Овечкина и Щербины за Кавказом //Марлински, А. Полное собрание сочинений. Т.2. СПб, 1847.
  25.  Положение дел в Дагестане. Способы к покорению Чечни и Дагестана. //История Апшеронскаго полка. 1700-1892. Т.2. СПб,
  26.  Путешествие Кавалера Гамбы в южную Россию и преимущественно в Кавказские области. //Северный архив. Ч.21. СПб, 1826.
  27.  Тенгинский полк на Кавказ.1819-1846. Тифлис, 1900.
  28.  Пахомов, Е. О находке Сасанидских надписей в Дербенте. Баку, 1928.
  29.  Пахомов, Е. Пехлевийские надписи Дербента. Баку, 1929.
  30.  Грень, А. Краткий очерк истории Кавказскаго перешейка. Вып. 1. Киев, 1895.
  31.  Шихсаидов, А. Ислам в средневековом Дагестане. (VII-XV). Махачкала, 1969.
  32.  Шихсаидов, А. Дагестан в X-XIV вв. Махачкала, 1975.
  33.  Шихсаидов, А. и др. Арабская рукописная книга в Дагестане. Махачкала, 2001.
  34.  Шихсаидов, А. и др. История Дагестана. С древнейших времен до конца XV в. Махачкала, 1996.
  35.  Шихсаидов, А. Когда и как насаждался в Дагестане Ислам. Махачкала, 1962.
  36.  Шихсаидов, А. Эпиграфические памятники Дагестана. X-XIII вв. как исторический источник. М., 1984.
  37.  Оразаев, Г. Тюркоязычная деловая переписка на северном Кавказе XVII-XIX вв. Махачкала, 2007.
  38.  Источниковедение средневекового Дагестана. Махачкала, 1986.