MEK Bəkir Çobanzadəyə həsr olunmuş tədbir keçirəcək
  

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası 

3 may 2019-cu il tarixində saat 11.00-da

Azərbaycan və türk dünyasının tarixi şəxsiyyətlərindən biri olan görkəmli ədəbiyyatşünas, şair, türkoloq, dilşünas, mətnşünas, filologiya elmləri doktoru, 

professor Bəkir Çobanzadənin xatirəsinə həsr olunmuş tədbir keçirəcək.

Tədbirdə professor Cəlal Qasımovun müəllifi olduğu “Bəkir Çobanzadə” (2018) kitabının təqdimatı keçiriləcək, Bəkir Çobanzadə ilə eyni tədris müəssisəsini bitirən professor Janoş Hovari (Macarıstan), AMEA və diplomatik korpus nümayəndələri, dövlət və ictimai qurumların nümayəndələri, media təmsilçiləri iştirak edəcəklər. 

Bəkir Çobanzadənin qohumlarıı, yaxınları haqqında məlumatlı şəxslərdən tədbirin Təşkilat Komitəsi ilə əlaqə yaratmasını lütfən xahiş edirik: İlahə Feyziyeva, MEK Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr bölməsi, (012) 53719 82. ilaha.feyzi@gmail.com

Giriş sərbəstdir