MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Qafqaz Albaniyası - qədim Azərbaycan"
  

Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar."

          Albaniya və ya Qafqaz Albaniyası (latında Albānia, yunanda Ağvan, farsda Arran, ərəbdə Ər-Ran) — tarixi Azərbaycan ərazisində müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur.
        Strabonun məlumatına görə Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi. Qaynaqlarda Albaniyada yaşayan xalq və tayfalar sırasında utilər, qarqarlar və amazonkalar, sovdelər, kaspilər, maqlar, sisaklar, mardlar və amardlar, ariaklar və anariaklar, qellər və leqlərin adları çəkilir. Bu tayfaların ən qədimləri Qafqaz və türk dillərində danışan avtoxton etnoslar olmuşlar. Eramızın ilk əsrlərindən başlayaraq Sasani şahlarının göstərişi ilə Albaniyaya bir sıra irandilli tayfalar köçürülmüşdür, III-IV əsrlərdən başlayaraq isə şimaldan, Dərbənd keçidindən yeni türk tayfalarının, o cümlədən hunların, subarların, xəzərlərin, barsillərin və s. Qafqaz Albaniyasına axını başlamışdır. Xüsusən də subar tayfaları Albaniyanın qədim paytaxtı Qəbələ ətrafında məskunlaşmışdılar. Buna görə də erkən orta əsr mənbələri Qəbələni bəzən Qəbələ-Subar adlandırırlar. Ərəblərin gəlişinə qədər Albaniya əhalisi üç hissədən – qafqazdilli, türkdilli və irandilli əhalidən ibarət idi.

        Qafqaz Albaniyasının tarixi ilə bağlı həm Azərbaycan, həm də dünyanın bir çox ölkələrindən olan albanşünas alimlər araşdırmalar aparıb.  Qafqaz Albaniyası ilə bağlı tədqiqatlar bu gün də davam etdirilir və öz aktuallığını itirməyib. Azərbaycanın bu tarixi köklərlə sıx bağlı olduğu dünyanın alimlərinin də araşdırmalarında öz əksini tapıb.

       MEK-in fondlarında bu mövzu ilə bağlı mühafizə olunan ədəbiyyatın bir qismi ilə oxucularımızı məlumatlandırmağı özümüzə borc bildik:

1.     Абдурагимов, Г.А. Кавказская Албания-Лезгистан. СПб, 1995

2.     Алиев, К. Кавказская Албания. (I в.до н.э –I в. н э.) Баку, 1974

3.     Алиев, К. Древнегреческие и латинские первоисточники по истории древнего Азербайджана (с примерами нового толкования). Баку, 2010.

4.     Керимов, В. Оборонительные сооружения Азербайджана древнего периода (III-I тыс. до н. э). Баку, 2003.

5.     Меликов, Р. Этническая картина Азербайджана в период Ахеменидcкого владычества (VI-IV вв. до н.э). Баку, 2003.

6.     Алиев, К. Античные источники по истории Азербайджана. Баку, 1987.

7.     Алиев, К. Митридат из Атропатены. Баку, 1986.

8.     Алекперов, А. Терракота древнего Азербайджана. Баку, 1994.

9.     Бабаев, И. Города Кавказской Албании в IV в. до н.э - III в. н.э. Баку, 1990.

10.   Тревер, К. Очерки по истории и культуре Кавказской Албании IV в. до н.э – VII в. н.э. М., Л.1959.

11.   Ямпольский, З. Древняя Албания III-I вв.до н.э. Баку, 1962.

12.   Вопросы истории Кавказской Албании. Баку, 1962.

13.   Мамедова, Ф. Политическая история и историческая география Кавказской Албании (III в до н.э –VIII в н. э). Баку, 1986.

14.   Каджар, Ч. Выдающиеся сыны древнего и средневекового Азербайджана. Баку, 1995.

15.   Кулизаде, З. О концепции Кавказской Албании. Баку, 2006.

16.   Расулова, М. Торгово-экономические и культурные связи Кавказской Албании с античным и эллинистическим миром: IV век. до н. э -III век н. э. Баку, 2008.

17.   Османов, Ф. История и культура Кавказской Албании. IV век. до н. э -III век н. э. Баку, 2006.

18.   Исмаилзаде, Г. Азербайджан в системе раннебронзовой культурной общности Кавказа. Баку, 2008.

19.   Ямпольский, З. Древняя история в научных изданиях Азербайджанской ССР //Вестник древней истории АН ССР.-1958.-№3.

20.   Ямпольский, З. Из истории древней Кавказской Албании. М.,1949.

21.   Ямпольский, З. Место Атропатены в истории Азербайджана. Баку, 1971.

22.   Мещанинов, И. Предположительные сведения о движении халдов в пределы Азербайджана. //Известия Азерб. Археолог. Ком.