Cambridge University Press məlumat bazasından istifadə edə bilərsiniz!
  

Hörmətli oxucular,

2019-ci il mart ayının 1-dən aprel ayının 15-dək Mərkəzi Elmi Kitabxanada Cambridge University Press, Taylor&Francis ve Wiley Online Library elektron bazalarında tammətnli e-resurslardan istifadə etmək imkanı ixtiyarınıza verilir. 
Cambridge University Press məlumat bazasında dəqiq və humanitar elmləri əhatə edən tammətnli e-nəşrlər yerləşdirilmişdir. 
Taylor&Francis məlumat bazasında əsasən sosial, elm və texnologiya və tibb elmlərini (Social, Science & Technology, medical sciences) əhatə edən tammətnli e-kitab və jurnallar yerləşdirilmişdir. 
Wiley Online Library məlumat bazasında isə 1600-dan artıq jurnal, 21000 online kitab, 7 milyondan artıq elmi məqalələr yerləşdirilmişdir. Bu məlumat bazasının özəlliyi dərnək yayınları, impakt faktorlu jurnalları satın almaqla yanaşı, Nobel mükafatı laureatlarının da əsərlərini istifadəçilərin ixtiyarına verməsidir.


 İctimaiyyətlə əlaqələr bölməsi

(012) 537 19 82

pr.mek.az@gmail.com