Berlin Humboldt Universitetinin professoru Klaudia Luks: mən elə bir kitabxana tanımıram ki, əvvəllər bunu etmiş olsun və hesab edirəm ki, MEK bu işin zirvəsindədir
  
2628

MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir.

 - Vikipediya mənim üçün gözəl bir alətdir və bu vasitə ilə ilk tanışlığımdan bütün dünya mənim üçün açılmış oldu. Hesab edirəm ki, kitabxanalar vikipediya ilə işləməlidilər. Çünki əvvəllər yalnız lüğət və ya ensiklopediyalar var idi, və siz informasiya əldə etmək üçün onlardan istifadə edirdiniz. Bir məqalədə oxudum ki, vikipediyanın keyfiyyəti Britanika ensiklopediyası ilə eyni səviyyəyə çatmaqdadır, və ola bilər ki, onların hər birində müəyyən səhflər olsun, lakin vikipediyada digər insanların bu səhfləri redaktə etmək imkanı var. Və, nəticədə siz Britanika ensiklopediyasından da daha çox məlumatı Vikipediyadan əldə edirsiniz. 
Azərbaycana gəlməzdən öncə vikipediyada Azərbaycan ilə bağlı bəzi məlumatlara nəzər yetirdim və yeni biliklər əldə etdim. Bu zaman başa düşdüm ki, burada mənim düşündüyümdən də çox məlumat var. Eləcə də Azərbaycana gəlməzdən öncə öyrəndim ki, vikipediya sahəsində  Azərbaycanda bu fəaliyyət Mərkəzi Elmi Kitabxana tərəfindən dəstəklənir. Və mənim məqaləmi də vikipediyada yaratdıqlarına görə onlara minnətdaram. 
Mərkəzi Elmi Kitabxananın yaratdığı vikipediyanın işlək modeli və alqoritmi çox önəmli bir nailiyyətdir və mən elə bir kitabxana tanımıram ki əvvəllər bunu etmiş olsun. Hesab edirəm ki, MEK bu işin zirvəsindədir. Mən sizin komandanızın nə dərəcədə fəal olduğunu görürəm və buna görə sizi yalnız təbrik edə blərəm. 
Mənim Azərbaycan dilində məqaləmin yaradıldığını görəndə çox təəccübləndim və bu ideyanın haradan gəldiyini, kimin bu məqaləni oxuyacağını və kimin buna ehtiyacı olacağını düşündüm. Lakin siz bunu etdiniz, çünki əvvəllər vikipediyada mənim məqaləm yalnız alman dilində mövcud idi, və mən heç bir zaman təsəvvür etməzdim ki, Azərbaycan dilində də məqaləmi yaradalar. 
MEK komandası mənim məqaləmi ingilis dilli vikipediyada da yaratdı. Bu çox gözəldir və onu göstərir ki, MEK vikipediya məqalələrinin yaradılmasında çox sürətlidir və dünyaya vikipediya vasitəsi ilə məlumatlar ötürür. Bu da onu göstərir ki, MEK bir kitabxana kimi yalnız biliklərin toplanılması deyil, həmçinin yeni biliklərin istehsalı ilə də məşğuldur. Bu, mənim növbəti çıxışlarımda istənilən yerdə haqqında bəhs edəcəyim mükəmməl nümunədir. 
Deyə bilərəm ki, mən Azərbaycanın həm real, həm də virtual informasiya məkanlarındayam və bu MEK-in fəaliyyəti sayəsində reallaşdı!



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82