MEK-ə Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildi daxil olub
  
2592

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Milli Ensiklopediyasının 7-ci cildi (dərman-enoftalm) daxil olub.
Qeyd edək ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mühüm mərhələlərini, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də iqtisadiyyatını, elmini səciyyələndirən ətraflı məlumatlar, müxtəlif elm sahələrinə və texnikaya dair terminlərin izahı verilir. Ensiklopediyanın hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və incəsənət xadimləri yaxından iştirak ediblər.
Redaksiya heyəti sədrinin birinci müavini R.Ə.Mehdiyev, redaksiya heyəti sədrinin müavinləri A.A.Əlizadə, A.R.Rzayev, məsul katibi isə T.M.Nağıyevdir.
Ensiklopediyada Azərbaycanın XIX əsr Qarabağ xalçası olan Dəst xalı-gəbə, orta əsrlərdə şifahi xalq ədəbiyyatından fərqli olaraq nisbətən mürəkkəb dildə yaranan və yayılan yazılı ədəbiyyat (divan ədəbiyyatı), XVII əsrin 1-ci yarısında Rusiyada ən populyar musiqi aləti olan domra barmaqla çalınan rus simli alət haqqında, ən qədim yunan tayfalarından biri olan Dorilər haqqında və s. maraqlı məlumatlar yer alıb. Eləcə də ensiklopediyada məşhur ingilis fizioloqu, Nobel mükafatı lauretaı Edwards Robert Ceffri haqqında da məlumat verilib. Belə ki o,
süni mayalanma texnologiyasını işləyib hazırlayıb və 1978-ci il 25 iyulda həmin texnologiya əsasında ilk insan – Luiza Con Braun dünyaya gəlib.
İnsanın dünyaya gəldiyi ən qədim ərazilərdən biri Efiopiya olub. Ensiklopediyada Efiopiya Federativ Demokratik Respublikası, dövlət quruluşu, təbiəti, əhalisi, təhsili, memarlıq və təsviri sənəti haqqında, Baltik dənizində yerləşən Eland adası,  Böyük Britaniyanda yerləşən Edinburq şəhəri və dünyanın digər yerləri, əraziləri haqqında geniş məlumatlar öz əksini tapıb.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82