MEK Ombudsman aparatı ilə “Açıq kitabxana” layihəsini həyata keçirib
  
2591

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində “Molla Nəsrəddin”, “Korlaşma”, “Erməni problem”, “Sətirlərdə bitən ömür”, “Dünya dramaturgiyası antologiyası”, “Küləklə sovrulanlar”, “Doktor Jivaqo”, bununla yanaşı C.Şou, Ə.Tudə, E.Yelinek, T.Vulf, B.Brextin seçilmiş əsərləri və s. kitablar MEK tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinə (Ombudsman) verilib.

Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə, Pirallahı rayon İcra Hakimiyyətinə, Azərbaycan İlahiyyat İnstitutuna, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədi ilə kitablar təqdim edib.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82