MEK-ə “Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası” adlı kitab daxil olub
  
2590

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) araşdırmaçı Abbas İslamovın “Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası”adlı kitabı hədiyyə edilib. Kitab erməni ədəbiyyatının klassiklərindən olan Aqafangelin əsərinin tənqidi təhlilinə həsr edilib. Aqafangelin əsəri yeganə mənbədir ki, ermənilər onun əsasında xristianlığın ilk olaraq mifik “haylar ölkəsi”nin dövlət dini elan edilməsi barədə tarixi (301-ci il) ənənənin əfsanəsini yaradıblar. Kitabda aparılan təhlillər sübut edir ki, Aqafangelin əsəri heç bir tarixi fakta malik deyil, cəfəng, xronologiyası olmayan uydurmalardan, Bibliyadan edilmiş çoxsaylı plagiatlardan ibarətdir. Aqafangelin “Hayların tarixi” əsərinin əsl məzmununun açılması radikal etnik millətçiliyə mübtəla olmuş hay tarixi ənənələr nəzəriyyəsinin iflası deməkdir.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82