MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Gəncə haqqında unikal mənbələr"
  

Müasir ərəb tarixşünasları «Gəncə» adının ərəb dilindəki Farsca kökənli Xəzinə anlamlı «Kənz» sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Cənzə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.    Gəncə dünya şöhrətli şair NİZAMİ GƏNCƏVİNİN, şairə Məhsəti xanımın, Mirzə Şəfi Vazexin vətənidir. Burada çoxlu tarixi abidələr var: Cümə Məscidi və onun mədrəsəsi, Şeyx İbrahim türbəsi, Qızıl Hacılı, Ozan, Bala Bağbanlı, Şərəfxanlı və Şahsevən məscidləri, Gəncəçay çayı üzərindən salınmış Böyük Körpü və Kiçik Körpü (XII əsr), karvansara və tikililər kompleksi, göy kaşı gümbəzli İmamzadə, son dərəcədə gözəl qədim Şəhər hamamları vardır (hamamlar indi işləyir). Buraya gələnlərə tövsiyə olunur ki, şəhərin girəcəyində yerləşən Nizami Gəncəvi məqbərəsini hökmən ziyarət etsinlər.

  Gəncə – müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. Ərəblər bu şəhəri Canza adlandırırdılar. Gəncədə aparılan qazıntılar zamanı arxeoloqlar bizim eradan əvvəl II əsrə aid edilən qədim insan məskənləri, Gəncənin ətrafında isə tunc dövrünə aid çoxlu arxeoloji obyektlər aşkar etmişlər.

  Gəncənin tarixi – onun işğalçılar tərəfindən az qala yerlə yeksan edilməsi və sonradan tərəqqi etməsi tarixidir. Xəzər-ərəb müharibələrində yadelli döyüşçülər, alan tayfaları, monqollar, gürcü knyazları, osmanlılar Gəncəni viran etmişlər. XI əsrdə albanların xristian başçısının Bərdədəki iqamətgahı viran ediləndən sonra onun iqamətgahı Gəncəyə köçürülmüşdür. Xristian və islam dinlərinə etiqad bəsləyən insanlar Gəncədə dinc yanaşı yaşayır, Şərq ölkələrindən Qara dəniz sahillərinə aparılan mallar bu şəhərdən keçən karvan yolları ilə daşınırdı.

  XII əsrdə Gəncə feodal hakimlərinin paytaxtı və iqamətgahı olmuşdur. Lakin elə həmin dövrdə şəhər iki dəfə çox güclü zəlzələyə məruz qalmışdır. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Gəncə viran olmuş, şəhərin sakinlərindən təqribən 250 min nəfəri həlak olmuşdur. Kəpəz dağının zirvələrindən biri uçaraq Ağsu çayının qabağını kəsmiş və beləliklə, Göygöl yaranmışdır.

  XVII əsrdə şəhər əvvəlki yerindən 6 km şərqdə yenidən tikilmişdir. XVIII əsrin əvvəllərində Gəncə yenidən işğalçıların hücumuna məruz qalmış, həmin əsrin ortalarında isə Gəncə xanlığının mərkəzinə çevrilmişdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal edilənə qədər mövcud olmuşdur. 1804-cü ildə rus ordusunun sayca üstün qüvvələri Gəncəyə hücum edərkən Cavadxanın dəstəsi Gəncəni qəhrəmanlıqla müdafiə etmiş, Cavadxan özü isə igidliklə həlak olmuşdur. Bu hadisədən sonra 1804-cü ildə Rusiya imperatriçası Yelizavetanın şərəfinə Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılmışdır.

 1918-ci ildə – Rusiya imperiyası dağılan dövrdə Gəncə bir neçə ay müddətində müstəqil Azərbaycan Respublikasının paytaxtı olmuşdur. Həmin dövrdə Gəncədə zabitlik məktəbi açılmışdır. 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək Kirovabad adlandırılmışdır. Yalnız 1989-cu ildə – Azərbaycanın yenidən müstəqillik əldə etməsi və SSRİ-nin dağılması ərəfəsində Gəncənin tarixi adı ona qaytarıldı.

   Qədim tarixə malik Gəncə haqqında daha dolğun və dəqiq məlumat almaq istəyənlər üçün tövsiyə etdiyimiz məlumat mənbələrindən nümunələri təqdim edirik:

1.     Альтман, М.М. Исторический очерк города Ганджа. Баку, 1949.-Ч.1.

2.      Осипова, С. Барда селение Джеванширского уезда Елизаветпольской губернии. //СМОМПК, вып. 17, 1.

3.      Город Елизаветполь. //СМОМПК, вып.2.

4.     Джеванширский уезд. Селение Касапет //СМОМПК, вып.2.

5.      Еленендорф в Азербайджане /сост. С.К.Бабаева, С.Т.Олейникова. Одесса, 2001. 

6.     Джафарзаде, И.М. Историко археологический очерк старой Ганджи. Баку, 1949.

7.     Кучукь-Иоаннесовь, Х.И. Древние надписи в Эриванской и Елисаветпольской губерниях. М, 1916.

8.     Емельянова, Е. Елисаветпол и его окрестности в орнитологическом отношении с некоторыми сказаниями местных татар о птицах //СМОМПК, вып.21.

9.     Из древностей селения Ченахчи: Елисаветпольской губернии, Шушинского уезда //СМОМПК, вып.19.отд.1.

10.   Израелова,Г. Касапет, село Елисаветпольской губернии Джеванширский уезда. //СМОМПК, вып.13.1.

11.   Циммер, Ф. Колония Еленендорф Елисаветпольской губернии и уезда //СМОМПК, вып.29.

12.   «Конкордия»: Производ. Кооператив виноградарей и виноделов Гянджинского района./Отв. Ред. Е.М.Аух, А.Айсфельд. Одесса, 2001.

13.   Озеро Ноуръ или Новуръ, Елисаветпольской губернии, Нухинского уезда, по народным рассказам //СМОМПК, вып.7.2.

14.   Израелова, Г. Описание минерального источника «Исти-су»: Теплый ключъ, Елисаветпольской губернии Джеванширского уезда. //СМОМПК, вып.7.2.

15.   Татарские сказки и предания, записанные в Елисаветпольской губернии //СМОМПК, вып.13.2.

16.   Селение Мухренес Елисаветпольской губернии //СМОМПК, вып.2.

17.   Селение Чайкенд Елисаветпольского уезда, той же губернии //СМОМПК, вып.25.