“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında xarici dillərdə məqalələr yaradılıb
  
2518

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Dünya Azərbaycanlıları Gəncləri Təşkilatının nəzdində fəaliyyət göstərən “WAY Wiki Team”ın əməkdaşlığı uğurla davam edir. Əməkdaşlıq çərçivəsində Azərbaycanın Milli qəhrəmanları İsgəndər Aznaurov və Mehdi Abbasov haqqında Ukrayna, ərəb, fransız, yunan dillərində olan “Vikipediya”larda məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanlarımızın həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Qeyd edək ki, Azərbaycanın Milli qəhrəmanları haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82