MEK-ə Belarus şairi Yanka Kupalanın dünyanın 100 dilinə tərcümə edilmiş "O gələn kimdir?" adlı şeir kitabı daxil olub
  
2517

O  gələn kimdir belə?  İstədikləri nədir əsrlərlə əzilən zavallı insanların?

Qazanmaq insan adı...

    Yanka Kupala

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Belarus İnformasiya Nazirliyinin "Petrus Brovka adına Belarusiya Ensiklopediyası" nəşriyyat evindən belarus şairi Yanka Kupalanın "O gələn kimdir?" adlı kitabı hədiyyə edilib. Şeirin 100 dilə tərcüməsi və bir orijinal mətni zəngin poliqrafik üslubda nəşr edilib. Kitabda xalq şairinin həyatına və yaradıcılığına müraciət edən belarus və xarici rəssamların əsərləri əks olunub. 
Şeirin 1905-1907 illərdə yazılması ehtimal olunur. Burada Yanka Kupala inqilabdan əvvəl belarus xalqının obrazını təsvir edib. Şeirin tərcüməsi Azərbaycanın görkəmli Xalq şairi Rəsul Rzaya məxsusdur. 
Qeyd edək ki, MEK fondlarında belarus şairi Yanka Kupalanın müəllifi olduğu 9, haqqında yazılan 6 kitab mühafizə olunur. Xatırladaq ki, MEK-in Nadir Kitab Fondunda miniatür nəşrlər kolleksiyasında ən  balaca kitab Yanka Kupalanın şeirlər toplusudur (1967-ci il).