MEK Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə "Açıq kitabxana" layihəsini həyata keçirib
  
2516

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) kitab əldə etmək imkanı məhdud olan əhali qruplarına, eləcə də təhsil müəssisələrinə kitabların əlçatan edilməsi, mütaliənin təbliği məqsədilə “Açıq kitabxana” layihəsini davam etdirir. Layihə çərçivəsində “Azərbaycan incəsənəti”, “Bakı – tarixin səhifələri”, “Azərbaycan xalq ədəbiyyatından seçmələr”, “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər”, “Novruz bayramı – ensiklopediya”, “Azərbaycan dialektologiyasının əsasları” və s. kitablar MEK tərəfindən Azərbaycanın Özbəkistan Respublikasındakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə verilib.
Məlumat üçün bildirək ki, Mərkəzi Elmi Kitabxana layihə çərçivəsində AMEA-nın müəssisələrinə, Təhsil Nazirliyinin 
Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizlik Xidmətinə, Pirallahı rayon İcra Hakimiyyətinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədi ilə kitablar təqdim edib.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82