MEK əməkdaşları Türkiyə səfərinin nəticələri haqqında təqdimatla çıxış ediblər
  
2508

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfərinin nəticələri ilə bağlı təqdimat keçirib. Hesabatı MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, Biblioqrafik sorğular bölməsinin rəhbəri Nərgiz Novruzova, kitabxanaçılar Alidə Həsənova və Həmidə Müzəffərli təqdim ediblər.
Əməkdaşlar slayd üzərindən təqdim edilən məlumatlarda
Ankara İldırım Bəyazid Universiteti Kitabxanasına, Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivinə, Türk Dil Qurumu Kitabxanasına və Ankara Milli Kitabxanasına səfərləri haqqında ətraflı məlumat veriblər.
Təqdimat zamanı çıxış edən Aygün Səfərova Mərkəzi Elmi Kitabxana ilə Ankara İldırım Bəyazid Universiteti Kitabxanası arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum barəsində məlumat verib. Memorandumda kitabxana prosеslərinin avtomatlaşdırılması
, e-kataloqların və e-bazaların mübadiləsi, nadir kitablar da daxil olmaqla sənədlərin mühafizəsi, virtual sərgilərin təşkili təcrübə mübadiləsi, təlimlər, seminarlar və konfransların keçirilməsi, vahid kataloqlaşdırma qaydalarının formalaşdırılması, sağlamlıq məhdudiyyəti olan şəxslərin kitabxana xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və başqa bu  kimi mühüm məsələlər əks olunub. A.Səfərova Türkiyə Böyük Millət Məclisi Kitabxanası və Arxivində keçirilən görüş haqqında danışaraq bu qurumun yaranması, kitab fondu, proqram təminatı, oxu zalları barəsində məlumat verib. O, TBMM Kitabxanası ilə MEK arasında sənəd mübadiləsi etməyi razılaşdırdıqlarını da söyləyib.
Digər çıxışçılar - Nərgiz Novruzova, Alidə Həsənova və Həmidə Müzəffərli Ankara İldırım Bəyazid Universiteti Kitabxanası, Türk Dil Qurumu Kitabxanası və Ankara Milli Kitabxanası haqqında zəngin məlumat təqdim ediblər. Təqdimatlarda Türkiyənin adıçəkilən kitabxanalarının
tarixi, kitab fondu, strukturu, iş rejimi, rəqəmsallaşdırma fəaliyyəti, proqram təminatı, elektron kataloq, kitabxana xidmətləri, çap etdikləri əsərlər, bərpa mərkəzi və s. haqqında məlumat əks olunub. MEK əməkdaşları səfər etdikləri kitabxanaların hər birinə MEK təcrübəsi barəsində məlumat verib, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən nəfis tərtibatlı kitablar hədiyyə ediblər.
Təqdimatın sonunda səfərin nəticələri ilə bağlı müzakirə aparılıb, təkliflər irəli sürülüb və tədbir iştirakçılarının ünvanladıqları suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82

 

FirstPrev12NextLast