MEK oxucularını bayram münasibətilə təbrik edir
  
2488

Hər il ölkəmizdə və dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş qeyd olunan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə, birliyin simvoluna çevrilib. Hər birimiz üçün doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məqsəd dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması olub. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsilə müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi, iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaranıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006, 2011, 2016-cı illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə II, III, IV qurultayları keçirilib.

Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir. 31 dekabr tarixi Azərbaycan Respublikasında dövlət bayramıdır.
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK)  oxucularını bayram münasibətilə təbrik edir, 
qələbə sevinci, birlik, səadət, firavanlıq, sevinc dolu günlər arzulayır.

 

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82