MEK Fondlarının mühafizə bölməsi və Nadir kitab fondunun rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova: "Şeyx Şamil haqqında MEK-in Nadir kitab fondunda mühafizə olunan ədəbiyyat"
  

Şeyx Şamil haqqında MEK-in Nadir kitab fondunda mühafizə olunan ədəbiyyat


Qafqaz qartalı Şeyx Şamil dünya tarixinə qızıl səhifələr yazmış bir qəhrəmandır. Adı və şöhrəti dünya durduqca yaşayacaq və gələn nəsillərə örnək olacaq əbədi qəhrəmanımızın həyatı, döyüş yolu haqqında məlumatlar hər zaman maraq dairəsində olub və olacaq.
İmam Şamil 1797-ci ildə Dağıstanın Gimri kəndində anadan olub. Atası Qafqazın qədim xalqlarından olan avarlara mənsub Məhəmməddir.
Şamil İmam - yəni dövlət başçısı seçildikdən sonra ilk iş olaraq dövlətin daxilindəki vəziyyəti səhmana salmağa başladı. Ruslara qarşı güclü müqavimət göstərmək üçün vacib olan əskəri və mülki təşkilatları yenidən qurdu. Bir tərəfdən hərbi tədbirlər görərək düşmənə qarşı müdafiə üçün müharibəyə girişərkən, digər tərəfdən də müntəzəm olaraq ədliyə və idarə etmə mexanizmini inkişaf etdirməkdə idi. Bu zaman mədrəsələrdə təhsilə diqqət verilməkdə, fikir və sənət sahəsində böyük addımlar atılmaqda idi. Onun hakimiyyətdə olduğu zamanlarda top, barıt, digər silah-sursat istehsalı və tədarükünə ciddi fikir verilmiş, əskəri təşkilatlanmada böyük irəliləyişlər əldə edilmişdi.
İmam Şamil güclü natiqlik qabiliyyəti, qətiyyətli iradəsi və əskəri dühası ilə böyük uğurlar qazanmış, şöhrəti qısa zamanda ətrafa yayılaraq nüfuzu Dağıstan bölgəsində yaşayan xalqlar tərəfindən qəbul edilmişdi.
Şamil imam seçildiyi 1834-cü ildən 1859-cu ilə qədər Rusiyanın böyüklüyünə və hərbi qüdrətinə baxmayaraq usanmadan müharibəni davam etdirdi. Özündən əvvəlki 2 imamın dövründə də10 il müharibədə iştirak etdiyindən bütövlükdə dayanmadan cihad etdiyi müddət tam 35 ildir.
Şeyx Şamil təkcə Qafqazda deyil, bütün dünyada məşhur idi. Deyilənə görə həcc zamanında Şamilin orada olduğunu eşidən dünyanın dörd bir yanından gəlmiş yüz minlərlə müsəlmanın onu görmək üçün yaratdığı izdiham nəticəsində hökumət idarəçiləri onu Kəbənin üzərinə çıxardılar. Beləliklə insanlar onu gördülər.
Şamil həcc ziyarətini yerinə yetirdikdən sonra Mədinəyə getdi. Mədinədə olarkən çox zəifləmiş olan İmam Şamil xəstələndi. Bütün həyatını Allah üçün cihada, ölkəsinin birliyinə həsr etmiş, əsgəri dühasını dünyaya və əbədi düşməni olan rus hökumətinə qəbul etdirən, adını dünya tarixinə “gəlmiş-keçmiş ən böyük müqavimət lideri” olaraq yazdıran İmam Şamil 4 fevral 1871-ci ildə 74 yaşında fani dünyaya gözlərini yumdu.

Bütün Qafqaz xalqlarının unudulmaz oğlu, sevimli qəhrəmanı İmam Şamilin həyatı, 35 illik zəfər dolu döyüş yolu haqqında kitabxanamızda qorunan ədəbiyyatı dəyərli oxucularımızın diqqətinə çatdırmağı özümüzə borc bildik:


1. Встреча с сыном Шамиля и его рассказы об отце. //Захарин, И.Н.

Кавказ и его герои. К.2. Герои Кавказа.1902 г.

2. Имамства Гамзат бека и Шамиля. Нападение Шамиля на лезгинскую

линию. //Грузинцы в Закавказье. Боевая летопись 14-го гренад. полка. 1800-1900 гг. Тифлис, 1900г.

3. Кавказская война. Успехи Шамиля в Чечне. //История Апшеронского полка 1700-1892. гг.

4. Магомет-Тагир (Карахский). Три Имама. /пер. и примеч. Малла Чихана. Махачкала, 1927г.

5. Магомет-Тагир. Три Имама. //СМОМП Кавказа. Вып. 45.- Тифлис,1916 г.

6. Мюридизм на Кавказе. Шамиль. //Тенгинский полк на Кавказе. 1819-1846. Тифлис, 1900 г.

7. О Шамиле. //Описание осады укрепления Ахты в 1848 г.

8. Шамиль в русском плену //Захарин, И.Н. Кавказ и его герои. К.2. Герои Кавказа. 1902г.

9. Штурм Гуниба. Окончание войны на Восточном Кавказе. //Грузинцы в Закавказье. Боевая летопись 14-го гренад. полка 1800-1900 гг. Тифлис, 1900г.

10. С.Н. Шульгина,  Предание о Шамилевском наибе Хаджи-Мурате//СМОМП Кавказа. 1916г.

11. С.Н. Шульгина, . Рассказ очевидца о Шамиле и его современниках.//СМОМП Кавказа 1903 г.

12. С.Эсадзе,  Штурм Гуниба и пленение Шамиля: ист. Очерк Кавказ - горской войны в Чечне и Дагестане. 1859-1909 г. Тифлис.