MEK-də “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib
  
2390

Noyabrın 29-da Qafqazşünaslıq İnstitutu AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə  “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfrans keçirib.

Konfransda gənc alim və tədqiqatçılar, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Əvvəlcə foyedə Qafqazşünaslıq İnstitutunun nəşrlərindən ibarət sərgi nümayiş etdirilib. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək zaman-zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən söz açıb, konfransın elmi və tarixi əhəmiyyətini vurğulayıb. O, Qafqazdakı deportasiyalardan bəhs edən tədbirin ölkəmizdə bu mövzuda keçirilən ilk respublika konfransı olduğunu deyib.

Konfrans işini “Cənubi Qafqazda deportasiyalar” və “Şimali Qafqazda deportasiyalar” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinlənilib, müzakirələr aparılıb.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82