AMEA Naxçıvan Bölməsinin kolleksiyası MEK-də mühafizə olunur
  
2385

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA Naxçıvan Bölməsinin kolleksiyası mühafizə olunaraq, oxucuların istifadəsinə verilib. Kolleksiyadakı sənədlər tam şəkildə MEK-in e-kataloquna (Vahid İdarəetmə Sistemi) daxil edilib. Eyni zamanda kolleksiya rəqəmsallaşdırılaraq MEK-in Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılmasıı" adlı layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında da yerləşdirilib. Kolleksiyaya tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din və başqa elm sahələrinə aid sənədlər daxildir. Bundan başqa kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də var. Kolleksiyanın MEK tərəfindən təqdimatı keçirilib. Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və digər qonaqlar təqdimatı Azərbaycan tarixşünaslığına dəyərli töhfə kimi qiymətləndiriblər.








İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82