MEK-ə “Taktiki fəaliyyətlərin riyazi modelləşdirilməsi” adlı monoqrafiya daxil olub
  
2384

AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) “Taktiki fəaliyyətlərin riyazi modelləşdirilməsi” adlı monoqrafiya daxil olub.

Monoqrafiya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyası Elmi Şurasının qərarı ilə qəbul edilib.

Təqdim olunan monoqrafiyada taktiki fəaliyyətlərin riyazi modelləşdirilməsi istiqamətində müəlliflərin uzun illər apardıqları elmi-tədqiqat işlərinin nəticələri verilib. Monoqrafiyada əsas diqqət taktiki fəaliyyətlərin modellərinin qurulma prinsiplərinə, taktiki əməliyyatların, döyüş dinamikasının, kəşfiyyat fəaliyyətlərinin və atışın modelləşdirilməsinə verilib.

Beş fəsildən ibarət monoqrafiyanın birinci fəsli Azəbaycan Silahlı Qüvvələrinin  general-leytenantı, dosent Heydər Piriyev, ikinci fəsli fizika-riyaziyyat elmləri doktoru, professor Azad Bayramov, digər fəsilləri isə polkovnik, texnika üzrə fəlsəfə doktoru Elşən Həşimov tərəfindən işlənilib.

Monoqrafiya Silahlı Qüvvələrin zabit və qulluqçuları, xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursant və magistrantları, adyunkt və dissertantları, hərbi fənləri tədris edən professor-müəllim heyəti tərəfindən dərslik kimi istifadə edilə bilər.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82