MEK, “ELM” Nəşriyyati Və Yüksək Texnologiyalar Parki əməkdaşlarinin, qonaqlarin, oxucularin və tədbir iştirakçilarinin nəzərinə
  

MEK, “ELM” NƏŞRİYYATI VƏ YÜKSƏK TEXNOLOGİYALAR PARKI ƏMƏKDAŞLARININ,

QONAQLARIN, OXUCULARIN VƏ TƏDBİR  İŞTIRAKÇILARININ

NƏZƏRİNƏ:

 

-               MEK binasına daxil olan hər bir şəxs özü ilə binaya gətirdiyi elektron avadanlıq barədə mühafizə xidmətinə məlumat verməlidir.

-               Avadanlıq barədə məlumat (marka, rəng, ölçülər) mühafizə xidməti tərəfindən xüsusi jurnalda qeyd olunacaq. 

-               Oxucular üçün nəzərdə tutulmuş məkanlara yemək və rəngli içkilərin gətirilməsi və istifadəsi qadağandır.

-               MEK binasını tərk edən şəxslərin çantaları kitab və elektron avadanlığın olmasına yoxlanılacaq.

-               MEK binasını tərk edən şəxslərin əlində və çantasında olan elektron avadanlıq mühafizə xidməti tərəfindən jurnalda aparılmış qeydlərlə uzlaşdırılacaq.

-               MEK binasını tərk edən şəxslərin əlində və ya çantasında olan kitabın MEK-ə məxsus olması yoxlanılacaq.

-               Qaydalara riayət etməyən şəxslərin oxucu və ya visit kartları bloklanacaq.

 

AMEA Mərkəzi Elmi Kitabxanasının

binasında mühafizə olunan avadanlıqların və sənədlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə tətbiq etdiyimiz qaydalara hörmətlə yanaşdığınız

və bizimlə əməkdaşlıq etdiyiniz üçün təşəkkür edirik!

 

 

                                                                                                     MEK rəhbərliyi