“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı çapa hazırlanır
  

“Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı çapa hazırlanır
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalının 2019-cu ildə çap olunması nəzərdə tutulub. 
Bildirək ki, Mərkəzi Elmi Kitabxana 20.11.2013-cü il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mətbu nəşrlərin reyestri”nə (3816) və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxil edilmiş İSSN: 2219-5874 AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər jurnalını çap və elektron formatda nəşrini davam etdirir.
Jurnalda çap olunacaq məqalələrə dair tələblər: kitabxana-informasiya elmi, kitabxana-informasiya elminin tətbiqi sahələri (rəqəmsal yaddaş, rəqəmsallaşdırma siyasəti, milli yaddaş, sərbəst elektron resurslar, o cümlədən ensiklopediyalar, müəllif hüququ, intellektual mülkiyyət, informasiya siyasəti, informasiya təhlükəsizliyi, süni intellekt və s.), eləcə də tarix, ədəbiyyat, incəsənət, türkologiya, dəqiq elmlər sahələrində çalışan alimlər tərəfindən kitabxana-informasiya elmi ünvanına yeni çağırışlar səsləndirən məqalələr çap ediləcək. Jurnalın xüsusi buraxılışları xüsusi tarixlərə və ölkə miqyaslı hadisələrə həsr olunacaq. 
Məqalələrin təqdim edilməsinə dair texniki tələblər: müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi vəzifəsi, elmi adı, iş yeri, Azərbaycan, ingilis və rus dillərində xülasə və açar sözlər, ədəbiyyat siyahısı daxil olmaqla 1500-4500 söz həcmində, “Arial” şrifti ilə, “12” ölçüdə, sətirarası interval “1,0” ölçü, mətndaxili abzas 1 sm olmaqla təqdim olunmalıdır. 
Jurnalın redaksiya heyəti Azərbaycan və xarici kitabxana-informasiya mütəxəssislərindən formalaşdırılıb. 
Yeni buraxılışın 1-ci sayı üçün məqalələr 10 dekabr 2018-ci il tarixinə qədər mütləq şəkildə üç ünvanın hər birinə cecilia.hazai@gmail.com; bekirleyla@gmail.com;  bir məktubda göndərilməlidir. Elektron məktubun mövzusu aşağıdakı kimi göstərilməlidir: SCIENTIFIC PAPERS. CLS ANAS və müəllifin adı, soyadı.
Əlaqə nömrəsi: 012 5371982