MEK-ə “Bu günümdən sabahıma xatirə” şeirlər kitabı daxil olub
  
2294

AMEA Mərkəzi Elmi Kitabxanasına şair, həkim-onkoloq Rafiq Məhəmməd oğlu Hüseynzadənin “Bu günümdən sabahıma xatirə” şeirlər kitabı daxil olub. Kitabda Səfəvilərin böyük dövlət xadimi, Şah İsmayıl Xətainin mürşidi, dövrünün tanınmış diplomatı, sərkərdə, təsəvvüf mütəfəkkiri, sufi şair, Haqq aşiqliyi(aşıqlıq) sənətinin əsasını qoymuş, Qeyb Ərəni («Ricalül qeyb»), Pir, Övliya, Allahdan əta edilmiş böyük möcüzələr, kəramətlər, müqəddəs «Ocaq» sahibi, tarixi şəxsiyyət, 1430-1535-ci illərdə yaşamış, bəşəriyyətin beşiyi, tarixi Oğuzun yurdu - Göyçə mahalından olan Miskin Abdalın (Hüseyn Məhəmməd oölunun) «Şadmanlı» oğul nəslinin layiqli nümayəndəsi, 1948-1971-ci illərdə yaşamış istedadlı cərrah həkim-onkoloq Rafiq Məhəmməd oğlu Hüseynzadənin zəngin şeriyyət dünyasının dəyərli inciləri – sağlığında nəşr olunmuş, həmçinin əlyazma şəklində olan şeirləri toplanılmışdır.