MEK-ə “Səfəvilərin böyük övliyası – Miskin Abdal” kitabı daxil olub
  
2288

AMEA Mərkəzi Elmi Kitabxanasına filoloq, publisist Tofiq Hüseynzadənin “Səfəvilərin böyük övliyası – Miskin Abdal” kitabı daxil olub.

Kitab 2001-ci ildə “Səda” nəşriyyatı tərəfindən AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş “Miskin Abdal” kitabının məntiqi davamıdır. Bu kitabda böyük ustadın ictimai, siyasi, ədəbi-dini və digər yüksək insani keyfiyyətləri tərənnüm olunmaqla, birinci kitabdan fərqli cəhətləri də vardır. Yəni, bu kitabda böyük sufi şairin yeni əldə olunmuş şeirləri, “Yetim Hüseyn” dastanı, haqqında söylənilən rəvayətlər, əfsanələr, deyimlər, digər maraqlı məlumatlar, “Mehriban ayı” nağılı, şəcərə, habelə “Şadman” poeması daxil edilmişdir.





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82