Bilik Fondu MEK-də tarixçi alimlərlə görüş keçirib
  
2244

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu  AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyilə “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunda “dəyirmi masa” keçirib. Tədbirdə Bakı şəhərinin orta ümumtəhsil məktəblərinin tarix müəllimləri, tarixçi alimlər, Bilik Fondunun əməkdaşları, Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə açan icraçı direktor Oktay Səmədov “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə görülən işlərdən, həyata keçirilən maarifləndirici layihələrdən bəhs edib. İcraçı direktor elm və təhsilin inteqrasiyasının vacibliyinə xüsusi diqqət çəkərək, birgə fəaliyyətin önəmini vurğulayıb.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov “Cümhuriyyət tariximiz məktəbli auditoriyasında” mövzusunu geniş şərh edib. “Dəyirmi masa”da tarix dərsliklərin vəziyyəti barədə fikirlər səsləndirilib, Cümhuriyyət tarixinin tədrisi ilə bağlı geniş müzakirələr aparılıb, tarixçi alimlər iştirakçıların çoxsaylı suallarına cavab veriblər. “Dəyirmi masa” iştirakçıları tarix fənninin tədrisi ilə əlaqədar Bilik Fondunun Sosioloji Sorğu Mərkəzinin keçirdiyi sorğunu cavablandırıblar.
Tədbir çərçivəsində Cümhuriyyət tariximizi əks etdirən yeni nəşrlər nümayiş olunub.

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82