Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın 60 yaşı tamam olur
  
2232

 

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının Kitabxana-xidmət şöbəsinin Fondların mühafizəsi bölməsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın 60 illik yubileyidir. MEK-in təcrübəli və peşəkar əməkdaşlarından olan Xuraman xanım uzun müddət səmərəli fəaliyyət göstərdiyi kitabxana işinə böyük əmək sərf edib. O, dərin bilikləri, çalışqanlığı, səmimiyyəti, insanpərvərliyi ilə gənclərə örnəkdir. MEK-in inkişafında böyük əməyi və zəhməti olan, kollektivin sevimlisi, şair qəlbli Xuraman xanımı 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, gözəl günlər arzu edirik!

Ad gününüz mübarək olsun, Xuraman xanım!



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82