MEK könüllüləri İtaliyada yaşayan azərbaycanlı şahmatçı haqqında məqalə yaradıblar
  
2231

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən azərbaycanlı şahmatçı Mirağa Ağayev haqqında məqalə yaradılıb. İtaliya mediası onun haqqında xəbərləri “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” və s. sərlövhələrlə təqdim edir. M. Ağayev İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza atan, ölkənin Pyemont regionunda beynəlxalq usta adını alan ilk azərbaycanlı şahmatçı olaraq tarixə düşüb.
Mirağa Ağayev 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta adı almaq üçün iştirak edib. Axırıncı turda onun rəqibi Ermənistanın baş məşqçisi, qrossmeysteri, 52 yaşlı Karen Movsesyan olub. 5 saata qədər davam edən oyunda erməni rəqibini məğlub edən M.Ağayev Beynəlxalq usta normasını yığaraq 2-ci yerə çıxıb, K. Movsesyan isə reytinq cədvəlində birinci yerdən 6-cı yerə düşüb. 

Məqalə haqqında aşağıdakı linkdə tanış ola bilərsiniz:
https://az.wikipedia.org/wiki/Mira%C4%9Fa_A%C4%9Fayev 

 

Məqalə haqqında videosüjeti isə buradan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=lWVis7XgpB0&feature=youtu.be 

 



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82