MEK Vergilər Nazirliyinin Tədris Mərkəziylə kitab mübadiləsi həyata keçirib
  
2227

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vergilər Nazirliyinin Tədris Mərkəziylə kitab mübadiləsi həyata keçirib. Mübadilə çərçivəsində Mərkəz tərəfindən MEK-ə “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, "Ünvanlı vergi xidmətləri", “Vergiyə giriş”, "Vergi və investisiya mühiti" və s. kimi vergi, hüquq mövzularını özündə əks etdirən kitablar təqdim edilib. MEK tərəfindən Tədris Mərkəzinə “Müstəqillik yollarında”,  “Naxçıvan ensiklopediyası”, “Rus və erməni mənbələri işığında erməni problemi”, “Naxçıvan diyarında sənətkarlıq və ticarət”, “Beynəlxalq münasibətlərin müasir problemləri və BMT” və s. mövzularda kitablar hədiyyə edilib.

Xatırladaq ki, MEK-in fondları pulsuz məcburi nüsxələr, abunə, hədiyyələr və beynəlxalq kitab mübadiləsi vasitəsilə formalaşdırılır. MEK mübadilə fondunda mühafizə olunan kitabları yerli və beynəlxalq akademik qurumlara təqdim edir.

 





İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82