MEK “Azərbaycan“ qəzetinin 100 yaşını təbrik edib
  
2206


AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) istiqlalımız ilə çiyin-çiyinə addımlayan, dövlətçiliyimizin keşiyində duran, milli irsimizə, dəyərlərimizə, milli yaddaşımıza həssaslıq və qayğı ilə yanaşan, ənənələri və müasirliyi özündə uğurla cəm edən “Azərbaycan“ qəzetini 100 illik yubileyi münasibətilə təbrik edib.
MEK eyni zamanda, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmasına da diqqət göstərərək təbrik ünvanlayıb.


 İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82