MEK-də AMEA-nın Folklor İnstitutu elmi seminar keçirib
  
2192

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Folklor İnstitutunun təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Folklorda məna axtarışı: metodoloji yanaşmalar, ideoloji baxışlar və sosial-mədəni stereotiplər” mövzusunda elmi seminarı keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları, respublikanın ali təhsil müəssisələrinin müəllim  və tələbə kollektivi, doktorant və dissertantlar, KİV nümayəndələri iştirak ediblər.
Tədbir son illər dünya folklorşünaslığının aktual mövzularından biri olan nəzəri məktəblər, metodoloji baxışlar və sosial proseslərdən asılı olaraq daim dəyişən  folklorda “məna konsepti”nin müxtəlif elmi aspektlərinin müzakirəsinə həsr olunub.
Sonda Səfa Qarayev folklorşünas alimlərin qaldırılan elmi problemlə bağlı suallarına cavab verib. Məruzə ətrafında geniş müzakirə aparılıb. Çıxış edən folklorşünas alimlər mövzunun aktuallığını, müasir elmi çağrışlar baxımından əhəmiyyətini, bu istiqamətdə tədqiqatların davam etdirilmə zərurətini qeyd ediblər. 




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82