M.V.Lomonosov adına Moskva
Dövlət Universiteti Bakı filialının Kimya fakültəsinin rəhbəri Tatyana Bogatova
və 1-ci kurs tələbələri AMEA Mərkəzi Elmi Kitabxanasına ekskursiya ediblər.
Tələbələr ekskursiyaya kitabxananın oxucuların qeydiyyatı bölməsindən başlayıblar.
Sonra ziyarətçilər Sərgi salonunda Bakının erməni daşnak-rus bolşevik işğalından
azad olunmasının 100 illiyinə həsr olunan, o cümlədən “Azərbaycan Xalq Cümhuriyyəti - 100”, “Heydər Əliyev - 95” və digər
mövzularda nümayiş olunan kitablarla tanış olublar. Eyni zamanda, onlar MEK-in Diplomatik və Nadir kitab fondunu, oxu zallarını da gəzib kitabxana haqqında ətraflı məlumat
alıblar.
İctimaiyyətlə əlaqələr bölməsi
pr.mek.az@gmail.com
(012) 537 19 82