MEK-də “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” mövzusunda müsabiqənin final mərhələsi keçirilib
  
2169

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” mövzusunda müsabiqənin final mərhələsini keçirib.
Müsabiqəyə təqdim olunmuş ən yaxşı yazılar, habelə tanınmış qələm ustalarının Çingiz Mustafayevə həsr olunmuş müsabiqədənkənar yazıları 
 "Çingiz Mustafayev və Azərbaycanda hərb jurnalistikası" kitabçasında toplanaraq “1001 kitab” nəşriyyatı tərəfindən nəşr olunub.
Tədbirdə  yazı müsabiqəsinin şərtləri əsasında final mərhələnin qalibləri mükafatlandırılıb.




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82