MEK-də yüksək bal toplayan abituriyentlərin alimlərlə görüşü keçirilib
  
2164

AMEA Mərkəzi Elmi Kitabxanasının təşkilati dəstəyilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Bilik günü ərəfəsində 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplamış abituriyentlərlə görüş keçirib.
Tədbirdə AMEA-nın Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitunun direktoru, akademik Ramiz Məmmədov, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA-nın Fizika İnstitutunun Elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, BDU-nun Riyazi fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədov, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və Metodika kafedrasının müdiri, professor Anar İsgəndərli, Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlər və valideynlər iştirak ediblər. 

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov tələbələri yeni dərs ilinin başlaması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb.
700 bal toplayan abituriyentlərə Bilik Fondunun  xüsusi “Təbriknamə”ləri və hədiyyələri təqdim olunub.
Görüşdə gənclər və valideynlər göstərilən diqqətə görə  Bilik Fonduna minnətdarlıqlarını bildiriblər.



İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com

(012) 537 19 82