MEK-ə Mirnazim Cəfərovun monoqrafiyası daxil olub
  
2163

AMEA Mərkəzi Elmi Kitabxanasına Mirnazim Cəfərovun “Qloballaşma şəraitində müstəqil Azərbaycanda vicdan azadlığının aktual problemləri” monoqrafiyası  daxil olub. Monoqrafiyanın hazırlanmasında Azərbaycan Respublikasının qüvvədə olan qanunlarından istifadə olunub. Bu, bir daha onu sübut edir ki, vicdan azadlığı mövzusu Azərbaycan üçün prioritet məsələdir və respublikamızın bu sahədə apardığı siyasət dünya dövlətləri üçün örnək ola bilər.
Vicdan azadlığı mövzusuna Azərbaycan alimlərinin marağı davam etməkdədir. Dinlərin tarixinin, mahiyyətinin öyrənilməsi, dində cəmiyyəti idarə edən alimlərin təhlili, bu problemlərin gənc nəsillərə izah olunması, dindən hansı formalarda istifadə olunması kimi mühüm məsələlər daim diqqət mərkəzindədir.
Monoqrafiyanın nəşr olunması Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və hüquq” şöbəsində təsdiq olunmuşdur.
Geniş oxucu kütləsinə təqdim olunan “Qloballaşma şəraitində müstəqil Azərbaycanda vicdan azadlığının aktual problemləri” adlı kitabda vicdan azadlığının müasir şəraitdə mahiyyətinə toxunulur və onun aktual problem olduğu vurğulanır. İlk növbədə problemin mahiyyəti dini aspektdə açıqlanır. Eləcə də islamda və xristianlıqda vicdan azadlığının hansı səpkidə qəbul olunub-olunmaması müzakirə olunur.
Təqdim edilən kitabın xüsusi cəhətlərindən biri də mövzu ilə bağlı tövsiyə xarakterli təkliflərin verilməsidir.

 




İctimaiyyətlə əlaqələr bölməsi

pr.mek.az@gmail.com
(012) 537 19 82